Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Әyyub qızı Məmmədovanın ad günüdür.



 
13 sentyabr Bakı şəhərində doğulub. 21 iyun 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Əvvəllər Bakı Kamera teatrında aktrisa işləyib. 26 iyul 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 

Әsas rolları:

1. Şahzadə Budur - («Ələddinin sehrli çırağı», Ərəb xalq nağılı)
2. Cəmilə - («Bala bəla sözündəndir», Əli Əmirli)
3. Cəmilə - («Məhəbbət bir bəladır», Əhməd Orucoğlu)
4. Roza - («Ölüm hökmü», Elçin)
5. Divşən - («Cənnətin üç alması, Nicat Kazımov)
6. Tık-tık - («Tık-tık və Tuk-tuk», Abdulla Şaiq)
7. Naru - («Hind fantaziyası», Rafiq Əliyev) rus bölməsi 
8. Səidə - («Mənim ağ göyərçinim», Tamara Vəliyeva)
9. Xatın - («Ana laylası», İskəndər Coşğun)
10. Kürd qızı - («Xeyir və Şər», Nizami Gəncəvi)
11. Kurtizanka – («Səhvlər komediyası», Vilyam Şekspir)
12. Qonşu qadın – («Mustafa», Orxan Asena) 
13. Qaz balası – («Ana qaz», Rəsul Rza) 
14. Ədilə – («Ağ dəvə», Elçin) 
15. Xırdaxanım, qız evi, qoçu, zirəng oğlan, Gülsənəm – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov) 
16. Səlimə - («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev)
17. Prilipat – («Şelkunçik» E.T.A.Hofman) 
18. Yaşlı Turan («Mənim ağ göyərçinim» T.Vəliyeva) 
19. Pəri («Göyçək Fatma» Azərbaycan Xalq nağılı)
20. Şəhrəban («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə)
21. Şərrin («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev, N.Kazımov) 
22. Marqarita - (“III Riçard”, U.Şekspir)
23. Divşən - (“Məlikməmməd və sehrli almalar” Azərbaycan Xalq nağılı)
24. Qaranquş - (“Dovşanın ad günü” X.Əliyəbli) və.s

Hiç yorum yok:

Yorum Gönder

Pages