Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, peşəkarlığı,xeyirxahlığı, işgüzarlığı humanistliyi,iradı, mənəvi keyfiyyətləri və səmimiyyəti ilə seçilən, müharibə veteranı - istefada olan Mayor Ağayev Əziz Novruz oğlu 2024 -cü ilin sentyabr ayının 11-də qəflətən Novxani qəsəbəsində 67 yaşında vəfat edib.
Daxili Qoşunların Komandanlığı,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin rəhbərliyi mayor Əziz Ağayevin vəfatından kədərləndiyini bildirir və onun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, istefada olan mayor Ağayev Əziz Novruz oğlu 1957 -ci ilin may ayının 5- də Zəngilan rayonunun Genlik kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur .
1974 -cü ildə Zəngilan şəhər 1 nömrəli orta məktəbini, 1980 -ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Maqnitoqorski şəhərində İnşaat Müəllimlər İnstitutunu bitirmişdir.
Əziz Ağayev 1980-1992-ci illərdə Bakı şəhər təhsil idarəsində metodist vəzifəsində işləmişdir.
1992-2006 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissəində (briqadasında) mənzil istismar xidməti rəisi vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Əziz Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Müharibə Veteranı idi.
Mayor Ağayev Əziz Novruz oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost - tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Qanunvericilik ilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində yaşayış məntəqələrində və cəzaçəkmə müəsisaələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə (hərbi) vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyün təmin edilməsində isə Əziz Ağayev üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmiş, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin ,ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunmuşdur:
Qüsursuz xidmətə görə " 3- cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə - 10 təqvim ili xidmətə görə;
2."Arbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi ( 1991- 2001)”yubiley medalı ilə .
Heyf ki, biz 2024-cü ilin sentyabr ayının 11 -də Əziz Ağayevi itirdik. Lakin o,qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder