Mayor Rövşən Zahidovun hüzn mərasimi sentyabr ayının 10 -da olacaq.

 
 
Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı-mayor Rövşən Zahidovun 3 mərasimi sentyabr ayının  10-da Hacqabul  rayonunda (Hacqabul  rayon  məhkəməsinin yaxınlığındakı  həyat yanı evində) keçiriləcək.
  
 Xatırladaq ki, Daxil Nazirliyinin  (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti  və xüsusi xidmətləri olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı-istefada olan mayor Zahidov Rövşən Ağaşirin oğlu 2024-cü ilin sentyabr ayının  8-də  62 yaşında  Hacqabul rayonunda  qəflətən  vəfat edib. 

Daxili Qoşunların  Komandanlığı, Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektiv,Daxili Qoşunların Hacıqabul  rayonunda  və  Şirvan şəhərində yerləşən hərbi  hissələrin rəhbərliyi  mayor Rövşən  Zahidovun  vəfatından kədərləndiyini bildir və dərin hüznlə ailəsinə,doğmalarına,yaxınlarına  başsağlığı verir.      

Mayor Zahidov Rövşən Ağaşirin oğlu  1962-ci illin  yanvar ayının 6-da Hacqabul  rayonunda (şəhərində) zəhmətkeş bir ailədə anadan olmuşdur .

1979 -ci ildə  Hacıqabul rayonunun 9 nömrəli  tam   orta məktəbi, 1983 -cü ildə   isə   Sovet ordusunda gizirlər   məktəbini bitirmişdir.

1980-1982-ci il lərdə Sovet ordusunun  Naxçıvam şəhərində  yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur .

1982-1990-ci illərdə Sovet Ordusunun Hacıqabul rayonunda yerləşən aviasiya hərbi hissələrin birində,1990-1991-ci illərdə isə  Daxili İşlər Nazirliyin  Hacıqabul rayonunda yerləşən polis  şöbəsində müxtəlif vəzifələrdə calışmışdır.

1992-2006-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində, Hacqabul,Ağdam, Ağdərə, Xətai,Xacmaz  (Yalama  qəsəbəsində) Zakatala,Qaradağ, Xətai və Nərmanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbı  hospitalda) taqım komandiri,bölük komandiri, xidmət rəisi,hərbi hissə komandirinin maddi texniki təminat  üzrə müavini vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. 

Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək  fəaliyyət göstəricilərinin əldə edilməsində Rövşən Zahidov  öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir. 

Zahidov Rövşən  Ağaşirin  oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamələrin tələblərinin,  əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və  bir çox hərbi qulluqçulara  şəxsi nümunə olmuşdur.

Qanunverciliklə müəyyən olunmuş  qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin  keçirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində,  yaşayış məntəqələrində  (cəza- çəkmə müəsələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  hallar (fövqaladə vəziyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə və Füzuli rayonları) uğrunda gedən döyüşlərdə ona  həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrin və  Müharibə veteranıidi.

Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə və digər xidmətlərə  görə, SSRİ Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,İdarə, diviziy a  və hərbi hissə komandirinin ( hərbi hospital rəisinin),  müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanı ilə təltif olunmuş,bir çox, diplomlarla,  fəxri fərmanlarla, qiymətli  hədiyələrlə mükafatlandırılmlş,ona təşəkkur elan edilmiş  və  aşağıdakı medallarla təltif olunmuşdur:

1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.."Qüsursuz  xidmətə görə" 2 -ci dərəcəli  medal-Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

3.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Resp Silahlı ubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley  medalı ilə;

5.”SSRİ Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı  Qüvvələr Veteranı” medalı ilə.

Allah rəhmət eləsin məkanı, cənnət olsun!


   Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və  Müharibə  Veteranı     
polkovnik  Musayev Salman  Calal oğlu.

Hiç yorum yok:

Yorum Gönder

Pages