Mayor Elxan Mirzəyevin sentyabr ayının 3-də vəfat etdiyi gündür.



    Döyüşçü-  şair “Qızıl qələm" mükafatı laureatı,Azərbaycan Yazıçılar və Jurnalistlər   birliklərinin üzvü olmuş, ikinci- dərəcəli  müharibə əlili  tanınmış pedaqoq  və psixoloq, gözəl söz  ustası,xeyirxah insan - mayor MirzəyevElxan Abbasqulu oğlunun    sentyabr  ayının  3-də vəfatından 5 il ötür.  

Mayor  Mirzəyev Elxan Abbasqulu oğlu 1955 -ci ilin avqust ayının  28-də Naxçıvan Muxtar Respublikasının  Ordubad rayonunun Vəhənd kəndində  dəmir yolçu ailəsində  anadan olmuşdur. 

1972-ci ildə Ordubad  rayonunun  Vəhənd  kənd orta məktəbini bitirmişdir. 

1974-1976 -cı illərdə Sovet Ordusunda müdddətli həqqi hərbi xidmətdə olmuşdur.  

1981-ci ildə  Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsini  bitirdikdən sonra  ılkin  leytenant  rütbəsi almışdır. 

1976-1991-ci illərdə  Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır.
  Ömrünü-gününü Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda şam kimi əridən,cəsur döyüşçü Vətənpərvər şair, pedoqoq Elxan Xəzər şərəfli ömür və döyüş yolu keçmişdir . Onun həyatı nə qədər keçməkeşli, məşəqqətli olsa da bütün çətinliklərə dəyanətlə  sinə gələrək şərəfli ömür yaşamış, beləcə insanlığın kamillik zirvəsinə ucalmışdır.1992 -ci ildən etibarən-1995-ci ilin dekabr ayına kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların tərkibində xidmətə başlayıb.1992-ci ildə könüllü ön cəbhəyə yollanıb.Burada hərbi hissə komandiri, Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovla birgə onun  tərbiyəvi işləri üzrə müavini vəzifəsində qanlı döyüşlərdə yaxından iştirak etmişdir.  Mərhum Milli Qəhraman Ənvər Arazovun misilsiz qəhrəmanlıqlarından bəhs edən Örnək poemasını ərsəyə gətirib.Onun kəsərli misralarını döyüşçü silahdaşları sevə-sevə oxuyub, oxuya-oxuya seviblər.Qüdrətlənərək aslantək düşmənin üzərinə atılıb qələbə əzmilə döyüşüblər.
Ustad şair Məməd Araz demişdir:
Söz gərək ox keçməz qayadan keçə.
Yoxdursa sözünün kəsəri, yazma.
Özün mərd igid olmayınca ,sən.
Özgədən igidlik əsəri yazma!

Döyüşçü şair Elxan Xəzər əsərlərində özü kimi igidləri tərənnüm etmişdir.Onun" Örnək," "Dəyanət", "Tək qalmış ana" və s. parlaq əsərləri dediklərimə parlaq nümunədir. Ağır döyüşlərin birində ağır yaralanan şair Elxan Xəzər müalicədən sonra səhhəti ilə əlaqədar arxa cəbhədə xidmətini davam etdirərək Daxili Qoşunların Baş İdarəsinin Mətbuat xidmətində ("Əsgər"qəzetinin redaktoru) və Daxili Qoşunların növbətci xidmətində baş zabit vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə  xidmət etmişdir. Sonra təqaüdə çıxaraq ,təhsil müəsissələrin birində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir.Azərbaycan    Müharibə,Əmək, Silahlı  Qüvvələr təşkilatın, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabunçu rayon şöbəsinin sədri,   Daxili Qoşunların Veteranlar Şurasının  üzvü  olmuşdur. 

Şair Elxan Mirzəyevin  20-dən  artıq  kitabı nəşr  olunub və onların  bir çoxu  Daxili Qoşunların  hərbi hissələrinin,hərbi institutunun  kitabxanalarında  ən dəyərli   tərbiyəv vastəsi  kimi  zabitlərmizin,gizirlərmizin, kursantlarmızın,çavuş  və əsğərlərmizin istifadəsindədir. 

Mayor Elxan Mirzəyev  hərbi  və ictimai vəzifələrinin  yerinə yetirilməsində  üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə  gələrək bir sıra medallarla,döş nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla,qiymətli  hədiyyələrlə mükafatlandırılmış   və ona təşəkkür elan edilmişdir .  

Mayor   Elxan Abbasqulu  oğlu Mirzəyev  Daxili Qoşunların  əsgərləri,kursantları və zabitlər  qarşısında mütəmadi  alovlu çıxışları ilə onlara yeni yaradıcılığından nümunələr söyləmiş,dəyərli tövsiyələrini etmişdir.Uzun sürən xəstəlikdən sonra ömrünü xalqına bağışlamışdır.
Kamil insan ,istedadlı şair Elxan Xəzər özü üçün yaşamalı olduğu ömrü xalqı,Vətəni üçün yaşamışdır.Qədirbilən xalqımız da onu unutmayacaq.

ALLAH RƏHMƏT ETSİN.
RUHU ŞAD OLSUN, MƏKANI CƏNƏT OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Vetiranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages