Mayor Çingiz Həsənov əgər yaşasaydı sentyabr ayının 30 -da 63 yaşı olacaqdı...



Yüksək peşəkarlığı,iradi,səmərəli fəaliyyəti,  humanistliyi,ışguzarlığı,iradi, mənəvi keyfiyyəti,sadəliyi, vətənpərvərliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı,dəqiqliyi , təmkinliyi və dəyişməz xarakteri ilə  seçilən, ömrünün ən məhsuldar  dövrünü Daxili işlər orqanlarında, Daxili Qoşunların Bas İdarəsinində, Ədliyyə Nazirliyinin Şüvalan Təçirdxanasında, «Azal «QSC-nin  Təhlükəsizlik İdarəsində keçirmiş,  Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinn Suraxanı rayon  şöbə sədrinin hüquqi məsələlər üzrə  müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikasının müharibə  veteranı- mayor Həsənov Çingiz Müzəffər oğlu  2 aydan çoxdur aramızda yoxdur, ədəbiyyata haqq dünyasına qovuşub, təəssüflər olsun ki, ömür  vəfa etmədi. Çingiz Həsənov əgər yaşasaydı  2024 -cü ilin  sentyabr ayının 30 -da  63 yaşı  olacaqdı.    Qeyd edək ki, mayor Çingiz Həsənov 2024 cü ilin iyul ayının  - 21 -də uzun sürən onkoloji xəstəlikdən Bakı şəhəri Dübəndi bağlar  evində vəfat edib,Dübəndi bağlar evi qəsəbəsində torpağa tapşırılıb.
 Mayor  Həsənov Çingiz Müzəffər oğlu 30 sentyabr 1961-ci ildə  Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur . Mayor  Çingiz Həsənovun atası Müzəffər Həsənov  uzun müddət Mirzə Fətəli Axundov adına dövlət  respublika  milli kitabxansında işləyib, oranın  partkom və  elmi medotiki şöbənin müdiri  olmuşdur .
Cingiz  Həsənov 1984-ci ildə Daxili işlər nazirliyinin  Barnaul şəhərində yerləşən milis məktəbini, 1986-cı ildə SSRİ Ali  Partiya  məktəbini, 1991-ci ildə isə  SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində yerləşən Polis Akademiyasını bitirmişdir.
     Müharibə veteranı- istefada olan mayor Həsənov Çingiz Müzəffər oğlu 1980-1982 -ci illərdə   SSRİ Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında  müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, taqım komandirinin müavinini (cavuş hərbi rütbəsində) vəzifələrində olmuşdur . 
Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində   xüsusi təyinatlı dəstənin ilk komandiri, hərbi hissə komandirinin  tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində hüquq şöbəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş içtimai təhlükəsizlik idarəsində baş inspektor, Ədiliyə Nazirliyinin Şuvalan təcridxanasında  əməliyyat şöbəsinin  rəisi, «Azal » Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmət rəisinin müavini vəzifələrində işləmişdir .
  Mayor  Çingiz Həsənov «Azal » təhlükəsizlik xidməindən  təqaüdə cıxdıqdan s bir müddət Vəkilər haqqında qanun tələblərinə əsasən Vəkilik fəaliyyəti ilə məşğul olmuşdur.  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbə sədrinin hüquqi məsələlər üzrə müavini idi.
Çingiz Həsənov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl  isiqamətində) gedən döyüşlərdə iştirak etmişdir. Ağdam rayonun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır .
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin  sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi  nümunə olmuş,Millətə, Dövlətə, Vətənə və Xalqa isə sədaqətlə xidmət etmişdir
   Cingiz Həsənov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı  rejim  karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
 Mayor Çingiz Həsənov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
Mayor Çingiz Həsənov Daxili işlər orqanlarında, Ədiliyə Nazirliyində, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinində isə  ictimai  vəzifələrini yetirən  illər ərzində öz  xidməti və ictimai  vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə   Daxili İşlər Nazirnin,  Ədiliyə Nazirliyin rəhbərliyinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,  təhsil aldığı ali təhsil müəssisə rəislərinn müvafiq əmrləri  bir sira medallarla, əlaçı  və yubiley döş nişanları ilə   təltif olunmuş, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edil misdir.
 Heyif ki,biz 2024 -cü ilin iyul ayının  21 -də  Çingizi itirdik.Lakin o qəlblərdə yaşayır və yaşayacaq.
ALLAH MAYOR ÇİNGİZ HƏSƏNOVA  RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN! 
AD GÜNÜN MÜBARƏK !
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages