Məlumat üçün bildirək ki, minimum maaş və pensiyalar sonuncu dəfə 2023-cü ilin yanvarında artırılmışdı.
Son illərin inflyasiya tempini nəzərə alsaq, artım nə qədər ola bilər?
Bakmiltv.info xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Konkret.az-a açıqlamasında gözləntilərin 10-15 faiz aralığında olduğunu deyib:
“Hazırda nəzərdə tutulan artımla bağlı konkret rəqəm demək mümkün deyil. Hökumət bütün inkanlarını və son illərdəki bahalaşmanı nəzərə alacaq. Pensiyalar və minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb və bu günə qədər həmin rəqəmlərdə dəyişiklik olmayıb. Baxın, 2023-cü ildə inflyasiya 8.8% olub, bu il isə 4-5 faiz olacağı gözlənilir. Bu da haradasa, ümumilikdə 13 faiz edir. Düşünürəm ki, hökumət minimum 10, maksimum 15% artıma gedəcək. Konkret rəqəmlərlə ifadə etsək, maaşlar 34-51 manat aralığında qalxacaq. Artımın daha yüksək olacağını gözləmirəm. Hökumət öz öhdəliklərini başa düşür və bütün mümkün ehtimalları hesablayacaq”.
Hiç yorum yok:
Yorum Gönder