Kapitan Gülməmməd Pirməmmədovun 65 illik yubileyi keçirildi



Abşeron rayonun Saray qəsəbəsində 1982-2000-ci ilərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş, eləcə də Gürcüstan Respublikasının Tbilisi şəhərinin Ortaçala bölgəsində və Bakı şəhərinin Binəqədi rayonunda yerləşən hərbi hissələrinin həyatında öz dəsti-xətti və xüsusi xidmətləri olan 2-ci qrup müharibə əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşeron rayon şöbəsinin üzvü, istefada olan kapitan Pirməmmədov Gülməmməd Pirməmməd  oğlunun anadan olmasının 65 illiyi qeyd olundu.
Yubiley tədbirində Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbici və hüquqşünas polkovnik Salman Musayev, Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  üzvü, peşəkar hərbici və hüquqşünas polkovnik-leytenant  Bəxtiyar  Həsənov, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi polkovnik-leytenant Vyaçeslav Staritskiy, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, müharibə veteranı mayor Ramiz Mahmudov, Azərbaycan Respublikasının müharibə veteranları mayor Tahir Qorxmazov,  kapitan Müşviq Fətəliyev, baş leytenat Arif  Qafarov, baş leytenat Vahid Quliyev, həmçinin peşəkar heykəltaraş-rəssam Nazir Pirməmmədov, Sumqayıt şəhər İcra hakimiyyətinin sabiq memarı Rza Rzayev, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissəsində xidmət etmiş gizirlər, cavuşlar, əsgərlər, müharibə veteranları, şəhid ailələri, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Əvvəlcə Sumqayıt şəhər Qəhrəmanlar parkında Şəhidlərin abidə-kompleksi və Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edildi və önünə gül dəstələri qoyuldu.
Abşeron rayonun  Saray qəsəbəsində keçirilən tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət  Himni səsləndirildi.
Tədbiridə  çıxış edənlər:  polkovnik Salman Musayev, mayor Ramiz Mahmudov, baş leytenat Arif Qafarov, şəhid Faiq Rzayevin anası Ruqsarə Məmmədova, Gülməmməd Pirməmmədovun  qardaşı Nazir Pirməmmədov, müharibə veteranı aşıq Azər Fərman oğlu, müharibə veteranı Nadir Musayev yubilyarın həyat və fəaliyyəti, keçdiyi xidmət yolu haqqında çoxşaxəli uğurlarından danışaraq xatirələrini bölüşdülər və öz çıxışlarında  kapitan Gülməmməd Pirməmmədova xoş arzularını bildirdilər.
Yubilyar Gülməmməd Pirməmmədov tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbirin sonunda xatirə şəkili çəkildi. 

Hiç yorum yok:

Yorum Gönder

Pages