Şirxavənd kəndi ərazisində gedən döyüşlərdə həlak olub. Elə o kəndin qəbiristanlığında da naməlum əsgər kimi dəfn olunmuşdu.
***
APA-nın məlumatına görə, I Qarabağ müharibəsində şəhid olan, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Bilal Qəhrəman oğlu Qəhrəmanovun qalıqları Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsinə qoşulub. 1994-cü ildə Ağdam rayonunun Qarakənd kəndi istiqamətində itkin düşüb.
Onun qalıqları Şuşanın Dəhraz kənində aşkarlanıb və kimliyi müəyyən olunub.
Hiç yorum yok:
Yorum Gönder