Bakmiltv.info Modern.az-a istinadən xəbər verir ki, saxlanılan məmur İsmayıllı rayonunun Qoşakənd kəndinin sakinidir.
O, 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
22 iyun 2006-cı il tarixində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində “FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
Hiç yorum yok:
Yorum Gönder