İlham Əliyev: "Fatma Səttarova gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Fatma Səttarova bu gün 102 yaşında vəfat edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages