Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sevindik Hətəmovun dosyesini oxuculara təqdim edirik:
Sevindik Hətəmov 1961-ci il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. O, 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirib.
1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.
S.Hətəmov 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil alıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.
O, 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Hiç yorum yok:
Yorum Gönder