“Dövlət Əmək Müfəttişliyinə şikayət etsinlər” - Bu halda əmək müqaviləsinə xitam verilə bilməz



Vətəndaşların əmək hüquqlarının işəgötürən tərəfindən pozulması halları artıb. Heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilməsi ilə qarşılaşan işçilərin sayı kifayət qədərdir. Onların arasında xanım işçilərin isə xüsusi çəkisi var.

Nadirən olsa da, hamilə və 3 yaşına qədər uşağı olan qadınların əmək müqavilələrinə xitam verilir.

Maraqlıdır, bu halla qarşılaşan vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Bakmiltv.info-ya danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslər Dövlət Əmək Müfəttişliyinə şikayət edərək işlərinə bərpa oluna bilərlər:

Sahib Məmmədov:

“Əmək Məcəlləsinin 79.1 maddəsinə görə, hamilə və 3 yaşına qədər uşağı olan qadınların əmək müqaviləsinə xitam verilməsi qadağandır. Bu hal yalnız müəssisənin ləğvi zamanı baş tuta bilər. Ona görə də bu kimi hallarla qarşılaşanlar Dövlət Əmək Müfəttişliyinə şikayət etsinlər. Eyni zamanda Mediasiya Şurasına müraciət edərək məsələnin məhkəmə qaydasında həlli də istənilə bilər”.

Hiç yorum yok:

Yorum Gönder

Pages