DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb



Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, 1,6 kq narkotik maddə götürülüb.

"Report" xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages