Müsavat Partiyasının fəalı, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsəvər İslamovun cinayət işi üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Bakmiltv.info xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutub.
Məhkəmə vəkil Nemət Kərimlinin hüquqi varisin nümayəndəsi qismində işə buraxılması barədə qərar qəbul edib. Qeyd edək ki, zərərçəkən Natiq Mehdinin bacısı Yeganə Mehdi ibtidai istintaq vaxtında hüquqi varis qismində tanınıb. Araşdırma zamanı məlum olub ki, Yeganə Mehdinin ikili vətəndaşlığı var. Belə ki, o, Azərbaycanla yanaşı həmçinin Belçika Krallığının da vətəndaşıdır.
Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, Elsevər İslamov Natiq Mehdiyə iş yerində yatdığı üçün irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını deyib. Bundan sonra, Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürüb, onun alt paltarlarını çıxardaraq bədəninin hissələrə bölüb, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atıb. Hissələrə böldüyü bədən üzvlərini selofanlara doldurararq aparıb Xəzər rayonunda basdırıb.
Hakimin "cinayət hadisəsində özünüzü təqsirli bilirsiz?" sualına, təqsirləndirilən şəxs Elsevər İslamov "qismən təqsirli bilirəm"- deyə cavab verib. Hakim Elsəvər İslamov barədə irəli sürülən ittihamların sübuta yerildiyi təqdirdə 11 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzasının veriləcəyini bildirib.
Məhkəmə prosesi oktyabrın 3-nə kimi təxirə salınıb.
Xatırladaq ki, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
14 mayda isə Müsavat Partiyasının fəalı Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
Hiç yorum yok:
Yorum Gönder