Cəfərova Lalə Tahir qızı



Dosent, Əməkdar müəllim

Cəfərova Lalə Tahir qızı 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsini və 1997-ci ildə bəstəkarlıq fakultəsini (Xalq artisti, professor Arif Məlikovun sinfi) fərqlənmə diplomları ilə bitirmişdir. 1999-cu ildə bəstəkarlığın assistent-stacorluğunu əla qiymətlərlə bitirmişdir. 1999-cu ildən Bəstəkarlar İttifaqının üzvüdür.

1992-ci ildə Ü.Hacıbəyli adına BMA-da müəllim, daha sonralar baş müəllim keçirilib.

Hal-hazırda Ü.Hacıbəyli adına BMA-da "Nəfəs və zərb alətləri" kafedrasının dosentidir, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır.

O, fortepiano və simfonik orkestr üçün 2 konsertin, simfonik süitaların, vokal, xor əsərlərinin, kamera instrumental və caz əsərlərinin, bədii sənədli filmlər üçün musiqinin və 2 hissədən ibarət “ Bir Xəzər əfsanəsi” baletinin müəllifidir. Onun əsərləri Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. 2022-ci ildə Moskvada “Baku” jurnalında və “Musiqi və Zaman” jurnalında Lalə Cəfərovanın yaradıcılığı və “Bir Xəzər əfsanəsi” baletinin primyerası haqqında məqalə dərc olunub. 2021-ci ildə ”Zəfər  günü”nə  həsr  olunmuş “Qarabağ Azərbaycandır” konsertində L.Cəfərovanın “Zəfər Marsı”, Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Az.Döv. Simfonik orkestri, Xor Kapellası və  solist - Fəxri  Kazım Nicatın ifasında uğurla  səsləndi. Dirijorlar;  Xalq  artisti Fəxrəddin  Kərimov, Xalq  artisti Gülbacı İmanova. Əsər, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə  həsr  olunmuşdur.

Hiç yorum yok:

Yorum Gönder

Pages