Habil Əliyev sənətkar olmaqla yanaşı, çox baməzə, zarafatcıl insan olmuşdur.
Onun lətifələri bu gün də dillər əzbəridir.
Dostları onun bu lətifələrini qələmə almış, yaddaşa köçürmüşlər:
"Tibb Universitetində Habil Əliyevlə tələbələrin görüşü keçirilirmiş.
Orta cərgədə bir tələbə ayağa durub, amiranə görkəmdə müstəntiq kimi soruşdu:
- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız?
Necə oldu ki, kamança alətini seçdiniz ?
Cavab verə bilərsinizmi?
Bunu deyib əyləşdi.
Habil Əliyev bir müttəhim görkəmi aldı, büzüşüb məzlumlaşdı.
Fağır bir səslə dedi:
- Vallah, necə deyim, uşaq olmuşam, qanmamışam”…
Allah sənətkarımıza rəhmət eləsin😔😢💔🥀
Hiç yorum yok:
Yorum Gönder