Bərdədə orta yaşlı kişi toyda qəfil ölüb



Bərdə şəhərində orta yaşlı kişi toyda qəfil ölüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən "Qızıl tac" şadlıq sarayında baş verib. Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Əmrahov Mobil Nüsrəddin oğlunun qəfil halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages