Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik



1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyində Bakı şəhəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri tərəfindən işğal edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük problemlərindən biri Bakını bu işğaldan azad etmək idi.

Məhəmməd Əmin Rəsulzadə bu məsələ haqqında belə yazırdı: "Bu müşkül vəziyyətdən milləti xilas edəcək tək çarə Türkiyədir! Ümidlər oraya yönəlmişdir. O qardaş millət gələcək, bizi düşmənin əlindən xilas edəcək. Xalqın bundan başqa bir ümidi qalmamışdır".

Nəsib bəy Yusifbəyli də bu məsələ ilə bağlı ilk çıxışında "Türk ordusu bura gəlməlidir" deyib:

"Ancaq qorxduğumuz bir məsələ var. O da türklərin bizi İstanbuldan idarə etməyə çalışmasıdır. Bizim mərkəzi idarəetmə təməlində qurulmuş proqramımız var. Buna əməl etmək vacibdir. Əlbəttə ki, Osmanlı türkləri Azərbaycan türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə edilə bilməz".

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci il iyunun 4-də Batumidə Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayır. Müqavilədə Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövlətinin burada intizam və asayişi təmin etmək üçün əsgəri yardım göstəriləcəyi vurğulanır.

1918-ci ilin 28 mayında qurulmuş ilk hökumət kabineti iyun ayında Müsavat hökuməti ilə Nuru Paşa arasında böhrana səbəb olur. Nuru Paşanın siyasi məsləhətçisi olan Əhməd bəy Ağaoğlu hökumət kabinetinin Azərbaycandakı İttihad partiyası ətrafında qurulmasını tələb edir. Müsavat hökuməti isə məcburiyyətindən Türk komandanlığına belə cavab verir: "Əgər siz bizim hökuməti qəbul etməsəniz, o zaman Avropa dövlətlərinə teleqraf çəkib, sizin buraya bizi işğal etmək üçün gəldiyinizi bildirəcəyik".

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salır. Xalq Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyir.

Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilir. Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatı başlanır və uğurlu döyüşlərlə türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırırlar.


Hiç yorum yok:

Yorum Gönder

Pages