Azərbycanda toy karvanında DƏHŞƏTLİ QƏZA: Bəyin bacısı və daha 4 nəfər öldü - YENİLƏNDİ

Biləsuvar rayonundakı dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumdurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

17:30

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21010 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər - Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995) ölüb.

Araşdırma aparılır.

Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.

xxx

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb.

Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər.

***

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages