Azərbaycan tibb elminə ağır itki üz verib



Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universiteti nəzdində Müdafiə Şurasının sədri, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, əməkdar həkim Qurbanov (Qaraqurbanlı) Yaqub Ziyəddin oğlu 13 sentyabr 2024-cü il tarixində vəfat edib.

Bakmiltv.info xəbər verir ki, professor Yaqub Qurbanovun elmi-tədqiqat işləri əsasən daxili xəstəliklərin propedevtikal elminin müxtəlif sahələrinin aktual məsələlərinə, eləcə də "Daxili xəstəliklərin propedevtikası" fənninin tədrisinin yüksək səviyyədə və düzgün təşkil edilməsinə həsr olunmuşdur. Çoxillik kliniki təcrübəyə, həmçinin propedevtika fənninin tədrisindəkı 40 ilin pedaqoji fəaliyyətinə əsaslanmaqla onun son illərdə nəşr etdirdiyi yuxarıda adı çəkilən dərsliklər və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir.

Bunlar öz həcmi, şərh edilən mövzuların genişliyi, mahiyyəti, müasir tələblərə uyğunluğu, həmçinin tələbələrdə kliniki təfəkkürü və klinik təcrübəni aşılamaq baxımından ölkəmizdə nəşr olunan ilk və yeganə dərsliklərdir.

Ümumilikdə alim Yaqub Qurbanov hazırda 265 elmi işin, o cümlədən 19 dərs və dərs vəsaiti, 13 metodiki tövsiyənin müəllifidir. Onun rəhbərliyi altında daxili xəstəliklərin müxtəlif problemlərinə həsr olunan 17 tibb üzrə fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

Professor Yaqub Qurbanov bir sıra respublika və beynəlxalq konfranslarda çıxışlar etmiş və onların iştirakçısı olmuşdur. O, tədris, pedaqoji praktiki və elmi fəaliyyətləri ilə yanaşı bütün dövrlərdə Tibb Universitetinin ictimai işlərində aktiv fəaliyyət göstərmiş və müxtəlif ictimai işlərdə çalışmışdır. O, 1999-cu ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın baş terapevti vəzifəsinə təyin edilmişdir.

O, 2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülüb.

Professor Yaqub Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrlərinə əsasən Azərbaycan Tibb Universiteti nəzdində 2003-cü ildə yaradılmış D.03.011 İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və 2017-ci ildən B/FD 03.012 İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri seçilmişdir. O, "Metabolizm" jurnalının redaksiya heyətinin və "Azərbaycan" tibb jurnalı redaksiya şurasının üzvü, həmçinin Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası idarə heyətinin üzvü və həmin assosiasiyanın nəzdində olan Fitik Komitənin sədri olub.

Professor Yaqub Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ul 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə Azərbaycan Tibb Universiteti nəzdində daxili xəstəliklər, kardiologiya, pediatriya ixtisasları üzrə tibb elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təşkil edilmiş Müdafiə Şurasının sədri vəzifəsinə seçilib.

Məhrumun ailə üzvlərinə və doğmalarına səbr diləyir dərin hüzünlə baş sağlığı veririk.

Hiç yorum yok:

Yorum Gönder

Pages