Aleksandr Maslyakov vəfat etdi



“Şən və hazırcavablar klubu” televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.

“Qafqazinfo” verir ki, bu barədə KVN-nin rəsmi teleqram kanalı məlumat yayıb.

O, 82 yaşında dünyasını dəyişib. 

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda anadan olub. O, 1964-cü ildən Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilən KVN-ə aparıcılıq edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages