Akademik Milli Dram Teatrının aktyoru Füzuli İsmət oğlu Hüseynov Azərbaycan Respublikasının əməkdar artisti ad günüdür.




Füzuli İsmət oğlu Hüseynov 1962-ci sentyabr ayının 9-da Balakən rayonu, Qazma kəndində anadan olub.

1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitib.

Füzuli İsmət oğlu Hüseynov 1987-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Burada çalışdığı illər ərzində aktyor V.Səmədoğlunun «Yayda qartopu oyunu»nda Adil, İ.Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı»nda Ayaz Turan, «Bizim qəribə taleyimiz»də Samir, «Şeyx Xiyabani»də Şeyx Xiyabani, F.Q.Lorkanın «Qadın faciəsi»ndə Viktor, Anarın «Təhminə və Zaur»unda Zaur, S.Rəhmanın «Yalan»ında Şamil, N.Xəzrinin «Gecə döyülən qapılar»ında Səfər kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir.

Akademik Teatrdakı fəaliyyəti ilə paralel olaraq F.Hüseynov «Azərbaycanfilm»in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. «Təhminə»dəki Spartak, «Bəyin oğurlanması»ndakı Elxan, «Ölülər»dəki Mirzə Cəlil “Müqəddəs odda yanaram”dakı Yazıçı və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F.Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan «Yad qızı», «Kamança», «Ortabab amerikalı qadın», «Dədə Qorqud», «Sonuncu şahid», «Kimdir haqlı?» və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər yaratmış və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir. Bir müddət F.Hüseynov Teatrdan ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən ona doğma olan Akademik Milli Dram Teatrına qayıtmışdır.

Yenidən teatra qayıtdıqdan sonra «Misir gecələri» tamaşasında Yusif və Antoni, (H.İbsenin) “Oyuncaq ev” də Nils Kroqstad, (M.M.Seyidzadə) “Füzuli və Əsmər”də Füzuli, (Ə.Əmirli) “Sevən qadın” da Qabil və Müxbir obrazlarını oynamışdır.

Füzuli İsmət oğlu Hüseynov 2009-cu ildə isə Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Prezident Mükafatına layiq görülmüşdür.

Hiç yorum yok:

Yorum Gönder

Pages