Zilli Yunis oğlu Namazov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino-aktyor fakültəsində təhsil alıb (1974, Adil İsgəndərovun kursu). 1976-cı ildən “Azərbaycanfilm”də aktyor-rejissor kimi çalışıb. Xarici film istehsalçılarının “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində sərhəd zabiti rolunda çəkilib və filmin rejissor assistenti olub.
Aktyor, rejissor Zilli Namazov aktyor İlkin Namazovun atasıdır.
Filmoqrafiya:
Vulkana doğru (1976-1977, bədii serial) – aktyor
Üzü küləyə (1977, tammetrajlı bədii film) – aktyor
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (qaçaq)
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (aeroportdakı adam)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – aktyor
Əlavə iz (1981, tammetrajlı bədii film) – aktyor (milis nəfəri)
Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – aktyor (Cəfərin yaraqlısı)
Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – aktyor (neftçi)
Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – aktyor (Üzeyirin tanışı)
İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor
Köhnə bərə (1984, tammetrajlı bədii film) – aktyor (fəhlə)
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor
Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – aktyor (zabit)
Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (rəqs edən)
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktyor (Səlimov)
Dəvətnamə (1989, qısametrajlı bədii film) – aktyor (Zilli)
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (serjant Kərimov)
Hücum (1989, qısametrajlı bədii film) – aktyor (kəndli)
Sahilsiz gecə (1989, tammetrajlı bədii film) – aktyor
Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (saray əyanı)
Şahid qız (1990, tammetrajlı bədii film) – aktyor (mafioz)
“Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – aktyor (qəsəbə sakini)
Zirzəmi (1990, tammetrajlı bədii film) – aktyor (erməni)
Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (araba sürən)
O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor
Pəncərə (1991, tammetrajlı bədii film) – aktyor (restorandakı müştəri)
Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – aktyor
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Qara Volqa (1994, tammetrajlı bədii film) – aktyor (polis işçisi)
Yük (1995, tammetrajlı bədii film) – aktyor (Ələddin)
Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (Xanoğlan)
Son döyüş (1996, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Adam (1996-2010, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (qonşu)
Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – ikinci rejissor
Heydər Əliyev (1997-2013, sənədli serial) – rejissor assistenti
Yerlə göy arasında (1998, tammetrajlı bədii film) – ikinci rejissor
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor (“balaban” Həsən), xüsusi səs effekt mütəxəssisi
Bəyaz həyat (2003, bədii serial) – səs effekt mütəxəssisi
Yoxlama (2006, bədii serial) – ikinci rejissor
Bir ovuc torpaq (2009, tammetrajlı film-tamaşa) – ikinci rejissor
Dalan (2011, tammetrajlı bədii film) – aktyor (baba)
Tək olanda qorxma... (2013-2015, bədii serial) – fon səsləri, aktyor (qonşu)
Hiç yorum yok:
Yorum Gönder