7 sentiyabr Nihada Əhmədovu doğum günüdür



Zəfər tarixində yeri olan Astaranın qəhrəman oğlu
Nihad Fuad oğlu Əhmədov həyatda xoşbəxtliyi Vətənə layiqli xidmət etməkdə, xalqına gərəkli bir ömür yaşamaqda görürdü. Onun ağılı, qayğıkeşliyi, humanistliyi yaşına görə çox-çox üstündə dururdu. Doğma yurdunu ürəkdən sevirdi, torpağın qeyrətini hər şeydən əziz bilirdi. Nihad həyatı dər edən gündən arzusu, istəyi yalnız xeyirxah əməllərə tapınıb yaxşı işlər görmək olur. İnsanlığın zinəti sayılan bu saf, ülvi dəyərlərə görə dünyaya göz açdığı Astara rayonunu Alaşa kəndində ona əsl övlad məhəbbəti göstərirlər. Fəqət, belə insanlar həyatda az yaşayırlar. Qaldı ki, özündən çox xalqı, milləti, cəmiyyəti düşündüyü üçün onların yaşadığı illər paklıq dünyasına bənzəyir. Həmişə də bu paklıqdan həyata ülviyyət gəlir, ətraf məhəbbətlə bəzənir. Nihad da 20 illik ömrünü Vətənə verdi. Qarabağ döyüşləri zamanı göstərdiyi hünəri dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” medala layiq görülən bu dağlar qartalı indi hər dəfə xatırlananda boylandığı şəhidlik zirvəsindən könüllərə günəş eşqi, günəş odu axır.
Nihadın əsgərlik yaşı gələndə o, artıq Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt şöbəsində oxuyurdu. Xidmət yeri cəbhə bölgəsi- Tərtər olur. Burada can dediyi can Azərbaycan naminə qəlbinin odunu, hərarətini əsirgəmir. Bir-neçə dəfə amansız, hiyləgər düşmənlə üz-üzə gəlir və elə həmin an onların layiqli cəzasını verir. Birinci amalı da torpaq uğrunda döyüşüb mübarizliklə qalib gəlmək olur. Cəsurluğu, igidliyi, mərdliyi, vətənpərvərliyi Nihadı hərbi hissədə hamının sevimlisinə çevirir. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, Vətənə sevgisi, yağıya nifrəti onu hərbiyə bağlayır. Goranboyda “Həmlə” taboruna yazılır. Burada vaxtı gələndə müqəddəs Qarabağ torpaqları üzərində haqsız axıdılan qanımızın qisasını alan günə- səngərə, döyüşə hazırlaşır...
Bəli, Vətən müharibəsi başlanan ilk gündən Nihad can qoyur. Odun-alovun içinə atılanda düşmən onunla üz-üzə dura bilmir, itki verə-verə geriyə qaçır. Tərtərdə,  Ağdərənin Talış kəndində, Murovdağın  zirvəsinin, Suqovuşanın  azad olmasında əsl qəhrəmanlıq göstərir. “Qlobus” koordinatı deyilən yüksəklikdə dığalarla üz-üzə gələrək əlbəyaxa döyüşü daha uğurlu alınır. Köksündə qəhrəman ürəyi döyünən Nihad Qarabağ torpaqları qarış-qarış təmizləndikcə  ağır döyüşlərə ürəklə girir. Zəngilanın, Kəlbəcərin “Pişık qaya” deyilən strateji  əhəmiyyət daşıyan yerin alınmasında  xüsusi ad qoyur. Nihad dəstəsi ilə Kəlbəcərin “Qaranlıq” adlı meşədə üç gün mühasirəyə düşürlər.  Amma heç bir çətinlikdən qorxmur, son nəfəsə qədər döyüşüb sözün əsl mənasında yağıları darmadağın edirlər. Həmişə qalib gəlmək  istəyində döyüşən  Vətən sevdalı igid Nihad 10 oktyabrda şirin şanını torpağına bağışlayır.
Oğul itkisi nə qədər  ağır olsa da mən Nihadın anası Elnarə xanmı çox qürurlu gördüm. Dərindən dərk edirdi ki, böyütdüyü igid  Vətən yolunda şəhid olub. Belələri torpağa gömülmür, milyonların könlünə köç edirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hiç yorum yok:

Yorum Gönder

Pages