26 sentyabr - Avropa Dilləri Günüdür



Bakı, 26 sentyabr, Bakmiltv.info

26 sentyabr - Avropa Dilləri Günüdür.

Bakmiltv.info xəbər verir ki, həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.

Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.

Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox yayılmış dillər - rus, alman, türk, ingilis, fransız, italyan dilləridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Hiç yorum yok:

Yorum Gönder

Pages