Dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” (World Car Free Day) keçirilir.
Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir.
Siz də “Ümumdünya Avtomobilsiz Günü”ndə piyada gəzinti, velosipedlə yürüş və ya ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə təbiətə öz töhfənizi verə, #avtomobilsizgün #carfreeday həştəqi ilə bizimlə paylaşa bilərsiniz.
Daha az yanacaq, daha təmiz hava!
Hiç yorum yok:
Yorum Gönder