Ağstafada bıçaqlanma hadisəsi baş verib.
“Bakmiltv.info” xəbər verir ki, rayonun kəndlərinin birindən olan 2009-cu il təvəllüdlü A.P. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. P.-nın kəsici alətlə kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İ.-nin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, hadisə iştirakçıları məktəbli olsa da, insident təhsil ocağından kənarda qeydə alınıb.
Hiç yorum yok:
Yorum Gönder