"Səbail”in yeni baş məşqçisi indidən bəllidir



Misli Premyer Liqasında mövsümün ilk istefası “Səbail”də reallaşa bilər. Rəhbərlik baş məşqçi Şahin Diniyevə 3-4 turluq vaxt verib.

Futbolinfo.az xəbər verir ki, əslində, təcrübəli mütəxəssis yayda postundan ayrılmalı imiş. Klubun büdcəsinin azaldılmasından sonra onun gedəcəyi proqnozlaşdırılırmış. Amma Diniyev yeni heyət yığaraq döyüşkən kollektiv quracağına söz verib və postunda qalıb.

Lakin mövsümün ilk turunda “Zirə”yə 1:4 hesablı məğlubiyyət vəziyyəti dəyişib. Klub rəhbərliyi nəticələr tezliklə düzəlməyəcəyi halda məşqçi ilə yolları ayıracaq. “Səbail” ardıcıl olaraq “Neftçi” və “Sumqayıt”la görüşlərdə məğlubiyyətlə barışsa, Diniyev yola salınacaq.

Əslində, Şahin bəyə etimadsızlığın başqa səbəbi yeni baş məşqçinin indidən müəyyənləşməsidir. “Turan Tovuz”uda Kurban Berdıyevin köməkçisi olan Cavid Hüseynovun “Səbail”ə baş məşqçi olacağı çoxdan razılaşdırılıb. Klubun əsas himayədarı olan Rauf Vəliyev həmyerlisini “sükan arxasına” gətirmək niyyətindədir.

Daha öncə “Şamaxı”nı Premyer Liqada saxlaya bilməyən, bir müddət II Liqada “Cəbrayıl”a rəhbərlik edən Hüseynov “Səbail”in uğursuzluğunun davam etməsini gözləyir. “Dənizçilər”in düşərgəsində də Dinyevin arxasınca iş çevirənlər var. Bu vəziyyətdə olan klubun uğur qazanması çətin məsələdir. Yəqin ki, plan quranlar istəyinə çatacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages