Yaşasaydı 60 yaşı olacaqdı- Kamil Şirinovun doğum günüdür.



Vətənpərvər və qeyrətli  oğul
Şirinov Kamil Sabir oğlu  1964- cü ilin avqust ayının 11- də İmişli rayonunda zəhmətkeş  bir ailədə anadan olmusdur. 
1981- ci ildə  İmişli rayonun 5 saylı orta məktəbi,  1992-ci ildə Politexnik İnstitutunu ( indiki Azərbaycan Texniki Universitetini) bitirmişdır.
1982-1984-cü illərdə Sovet ordusunda  müddətli  həqiqi hərbi xidmətdə olmuşdur. 
Kamil Şirinov Azərbaycan ın ərazi bütölüyü uğrunda gedən  döyüşlərinin  ilk illərindən könüllü olaraq silaha sarılaraq Vətənin müdafiəsinə qoşularaq, 1991- ci ildə ilk Şıx batalyonunun tərkibində döyüşmüşdür. Şuşa, Fūzuli, Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə olnmuş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.  
Atəşkəsdən sonra  1994 -cū ildə Azərbaycan Vətən Müharibəsi Veteranları   İctimai Birliyinin yaradıcılarından biridə Kamil Şirinov idi . O,  1994-2021-ci illərdə Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyin Nəzarət-Təftiş komissiyasının sədri,Azərbaycan Vətən Müharibəsi  Veteranları  İctomai Birliyi sədrinin birinci müavini, Xirdalan Şəhər Bələdiyyəsinin ūzvū, Bələdiyyənin hūquq komissiyasının sədri,  Xırdalan şəhər  4 saylı orta məktəbin hərbi rəhbəri vəzifələrində  olmuşdu.2 - ci qrup müharibə əlili idi.
Kamil Şirinov  ömrünün müharibədən sonrakı 27 ilini Vətən yolunda canını fəda edən insanların hūquq və mənafelərinin mūdafiəsinə sərf etmişdir.
Kamil Şirinov öz xidməti və ictimai  vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə görə, Azərbaycan Ordusunun Baş qərargah rəisinin, korpus və hərbi hissə komandirlərinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyi sədrinin, müvafuq icra hakimiyyəti orqanlarının idarə, xidmət, müstəqil şöbə  rəislərinin və bir sıra ictimai birlik sədirlərinin, məktəb direktorunun müvafiq əmirləri ilə bir sıra xatirə medalları ilə, döş nişanı ilə təltif   olunmuş, bir çox fərmanlarla, qiymətli   hədiyyələrlə mükafatlandırılmış  və ona təşəkkur elan edilmişdir.
 Kamil Şirinova Allah rəhmət etsin, məkanı cənnət olsun. 


Hiç yorum yok:

Yorum Gönder

Pages