"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb



"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.

Bakmiltv.info xəbər verir ki, bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.

Onun Azərbaycandan dönərkən saxlanıldığı iddia edilir.

Milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.

O, bu axşam hakim qarşısına çıxmalıdır.

Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.

Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Durov 2021-ci ildən Fransa vətəndaşlığı alıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages