VƏTƏN -- MƏNİM BALAM QAYITMADI



"102xeber.com XƏBƏR PORTALI" Baş Direktor Müavini, "MİLLİMƏCLİSXEBER.AZ" İNFORMASİYA XƏBƏR PORTALI Təsisçi - Baş Redaktor. "Dostluq Məşəli" İctimai siyasi-hüquq qəzeti Şöbə Müdiri, "Dostluq Məşəli" Qəzeti Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri, "OBZOR QORODA" Kanalın Direktoru və Ssenaristi.

VƏTƏN -- MƏNİM BALAM QAYITMADI

   Azərbaycan Respublikasının Müstəqilliyimizin Qarantı olan Heydər Əliyev Əlirza oğlunun zamanında xalqa müraciətində demişdir:
  -- "Biz torpaqlarımıza qayıdacağıq! Zəngəzur, Göycə, İrəvan mahalı, bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsirlər boyu yaşayıb. Ancaq ermənistan rəhbərliyi o vaxt yüzminlərlə Azərbaycanlı doğma torpaqlarından didərgin salıb. Bizim doğma torpaqlarımız Zəngəzur, Göycə, İrəvan, biz qayıdacağıq. Əlbətdə, demişəm biz ora qayıtmalıyıq və bunu 10 (on) il bundan əvvəl demişəm mən. Vaxt gələcək ki, biz Azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq və qayıdırıq. Mən torpaq üstündə uşaqlığımı keçirmişəm, torpaqda çox işləmişəm, əkmişəm, biçmişəm və torpağı bu nöqteyi nəzərdəndə çox sevirəm. Ancaq torpaq geniş mənada "VƏTƏN" deməkdir. Torpaq "ÖLKƏ" deməkdir. Məsələn "ANA-TORPAQ" sözü ən əziz bir sözdür. Biz torpaqlarımıza mütləq qayıdacağıq!"

    ŞƏHİD -- Abbasov Elvin Səxavət oğlu, 17.06.1993-cü il tarixində Şamaxı rayonunun Çarhan kəndində doğulmuşdur. Ailədə 3 ( üç qardaş olublar. Böyük qardaşı Abbasov Mövsüm Səxavət oğlunun 3 ( üç) övladı var. İkinci qardaşının Abbasov Emil Səxavət oğlunun əkiz övladları var. Elvin isə subay idi.
   2013-cü ildə Abbasov Elvin Səxavət oğlu, müddətli həqiqi Hərbi xidmətə çağırılıb.
  (2013–2015) illərdə Azərbaycan Silahlı Qüvvələrinin 
Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.  
   27.09.2020-ci ildə Azərbaycan Ordusunun əsgəri Abbasov Elvin Səxavət oğlu, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü gedərək iştirak etmişdi.
   08.11.2020-ci ildə Abbasov Elvin Səxavət oğlu, Şuşa döyüşləri zamanı ağır yaralanıb, Ağcabədi və Füzuli də koma vəziyyətində olub, 3 ( üç) gün qaldıqdan sonra, Bakı şəhərində Mərkəzi klinikaya gətirilib. 
Abbasov Elvin Səxavət oğlu, 22.11.2020-ci ildə Şəhidlik zirvəsinə ucalmışdır. Ata yurdu olan, Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. 
   Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının 15.12.2020-ci il tarixdə Sərəncamına əsasən Elvin Abbasov Səxavət oğluna, ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib. 
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi ilə şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev Cənabları 25.12.2020-ci il tarixdə Sərəncamına əsasən Elvin Abbasov Səxavət oğluna, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi ilə şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev Cənabları 25.12.2020-ci il tarixdə Sərəncamına əsasən Elvin Abbasov Səxavət oğluna, ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. 
   Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması və Azərbaycanın müdafiə qüdrətinin artırılması, hərbi yaradılması Ordusunun sıralarına qoşulmuş hərbçilərimizi, onların simasında olan Azərbaycan oğullarını və şərəfli ömür yolunda Vətənimizin azadlığı uğrunda mübarizə missiyasını Qələbə Zəfərini birlikdə qeyd etməsinə nail olmasına rəğmən dəstək olan əsgərlərimiz, Hərbiçilərimiz, Qazilərimiz və Şəhidlərimiz, sizin hər birinizlə qürur duyuruq. 
   ŞƏHİD Anası -- Nailə ananın ürək yanğısı ilə Şəhid övladının keçdiyi döyüş salnaməsinin azadlığı uğrunda geniş potensialın gücləndirilməsi üzrə çalışmasının və torpaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərmiş, vətənpərvərlər olaraq fədakarlıq nümunəsi olduğunu birdaha vurğuladı:
    --"Mənim Şəhid balam Xocavəndə, Şuşaya qədər gedib. Noyabrın 8 ( səkkiz) də yaralanıb, noyabrın 22 ( iyirmi iki) də "ŞƏHİD" olub. Anası qurban olsun ona, ağrı-acılı günlər keçdi. Torpaqlarımızı aldı, özü gəlmədi. Torpağı aldı, torpaqda oldu. Vətən -- mənim balam qayıtmadı!"
   Şəhidlərimiz -- bütün Anaların ürəyinə bir toxum səpib getdi. Elə bir toxum səpib getdi ki, o toxum heç vaxtı cücərməyəcək və heç vaxtı da solmayacaq. Əbədi və əzəli bütün anaların ürəyinə köz basdı. Elə, bir köz basdı ki, nə alışacaq, nə də ki, sönəcək. Gözəl Analarımıza elə bir dağ çəkdi ki, o dağ hər zaman dağlanacaq, dağ boyda yükü ürəyində əbədiyyətə qovuşacaq. 
  -- Mən də bir yazıçı olaraq, çox itkiləri vermişəm. Lakin, bu Şəhid balamızın itkisi daha ağır, daha böyük bir dərd oldu. Nəinki, mənim üçün bütün Analar üçün, dözülməzdir. 
   Bizim Şəhidlərimizin tək bir Anası yox, elin balasıdır, hər birimizin balasıdır. Şəhidlər ölmür--unudulanda ölür. Belə bir deyim var. Bizdə qoymarıq bir xalq olaraq, Şəhidlərimiz unudulsun. 
   Bizə "ZƏFƏR" yaşadan Şəhidlərimizin xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirən əsgərlərimizə möhkəm cansağlığı diləyirik.
   Mən də öz növbəmdə Rufullayeva Fəridə Şükür qızı, (Təxəllüsüm: Fəridə Səxavətli) "102xeber.com XƏBƏR PORTALI" Baş Direktor Müavini, "MİLLİMƏCLİSXEBER.AZ" İNFORMASİYA XƏBƏR PORTALI Təsisçi - Baş Redaktor. "Dostluq Məşəli" İctimai siyasi-hüquq qəzeti Şöbə Müdiri, "Dostluq Məşəli" Qəzeti Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri, "OBZOR QORODA" Kanalın Direktoru və Ssenaristi. (1-qrup) bir Azərbaycan vətəndaşı olaraq, ölkəmizdə gedən ictimai-siyasi məsələlər üzrə hər hansı faktlar əsasında fəaliyyət göstərən hər bir vətəndaşın rəğbətini qazanmış, Azərbaycan xalqının sevincini, kədərini özün də yaşadacaq qədər şərəfli bir yolun davamçısı olduğu halda oxuyucularada maraqlı xəbərləri təkzib edib, yaşatması bu günün olayları suallar üzərində qalmamasıdır.
    Bu günün, hər bir günün olayları tarixə və gələcək nəslə örnək olduğunun göstəricisidir. Vətən uğrunda "ŞƏHİD" olmuş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edərək, 44 günlük müharibəni bütün dünyaya yayımlar edərək, İnformasiya vasitələrinin məlumatlarını dünyaya tanıtmasında böyük əməyin təminatı daha yüksək səviyyədə tükənməz sevgisini yaşadan vətənpərvər ruhda dövlətini sevən xalqımız tərəfindən işğalda olan torpaqlarımızın azadlığı uğrunda Qələbə sevincini yaşanmasına nail olmasına rəğmən dəstək olmağımız ədalətin bərpasının təntənəsidir. 

                      FƏRİDƏ SƏXAVƏTLİ 
                                

Hiç yorum yok:

Yorum Gönder

Pages