Volkov kimisi Azərbaycan çempionatları tarixində olmayıb



"Zirə"nin hücumçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb.

Bakmiltv.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna I turda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Birinci hissədə üç qola imza atan gürcüstanlı forvard yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğuru təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.

Üçüncü dəfə bir qarşılaşmada üç qol vuran oyunçu hərəyə iki dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

Hiç yorum yok:

Yorum Gönder

Pages