Valideynlərin uşaqlara zərər vuran VƏRDİŞİ



Valideynlərin bir çox vərdişləri öz uşaqlarına zərər verir. Uşağın psixologiyası pozulur, bu da, şübhəsiz ki, gələcəyə təsir edir.

Bakmiltv.info xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər müasir ata və anaların onlara o qədər də vacib görünməyən daha bir vərdişinin adını çəkiblər: smartfondan asılılıq.

Albertadakı Kalqari Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, valideynlərin uşaqlarından çox smartfonlarına diqqət yetirmək vərdişi həm böyüklərin, həm də uşaqların psixi vəziyyətini pisləşdirir. Nəticələr 9-11 yaş arası 1300-dən çox uşaq üzərində aparılan araşdırmada əldə edilib. Tədqiqatın mövzusu məktəblilərdə valideynlər tərəfindən telefonların istifadəsi ilə əlaqəli olan narahatlıq idi.

Hiç yorum yok:

Yorum Gönder

Pages