Unudulmaz komandir”



Polkovnik-leytenant Töfiq  İslamov
“Unudulmaz  komandir” 
«Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır».   
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunların döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu zənginliyin əsasını isə şəhid silahdaşlarımızın qısa, lakin mənalı həyat yolu və döyüşlərdə göstərdiyi böyük fədakarlıqları təşkil edir. Gənc nəslə örnək olan belə qəhrəmanlarımızdan biri də, Daxili Qoşunların şəhid hərbi qulluqçusu polkovnik-leytenant Tofiq İslamovdur.
 Polkovnik-leytenant Tofiq Elxan oğlu İslamov 1962-cı il mart ayının 18-də Bakı şəhərində zəhmətkeş bir ailədə  anadan olmuşdur. Elxan kişinin və Elmira ananın böyüdüb tərbiyə etdiyi iki övladdan (İsmayıl və Tofiq) sonuncusu, ailənin sonbeşiyi olmuşdur. Tofiq səkkizillik təhsilini 1968-1976-cı illərdə Bakıdakı 109 saylı orta məktəbdə “əla” qiymətlərlə başa vurub. Hələ uşaq yaşlarından hərb sənətinə böyük maraq göstərdiyindən, təhsilini C.Naxçıvanski adına hərbi təmayüllü məktəbdə davam etdirmişdir.  Bundan sonra o, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini müvəffəqiyyətlə bitirərək, keçmiş Sovet ordusunun Almaniya və Gürcüstanda yerləşən hərbi hissələrinin birində zabit kimi xidmət etmişdir.   
 Torpaqlarımızın erməni daşnakları tərəfindən işğala məruz qaldığı bir dövrdə polkovnik-leytenant Tofiq İslamov doğma Vətəninin müdafiəsində iştirak etmək və düşmənə layiq olduğu dərsi vermək üçün könüllü olaraq Azərbaycan qaydaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  1-ci əməliyyat şöbəsinin rəisi,Daxili Qoşunların döyüş bölgələrində yerləşən hərbi hissənin komandiri  vəzifəsində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmiş dir. 
Polkovnik leytenant Tofiq İslamov döyüş bölgəsində hərbi hissə komandiri olduğu illər   ərzində  öz bilik və bacarığını tabeliyində olan şəxsi heyətdən  əsirgəməmiş, son dərəcə qayğıkeşliyinə görə bütün kollektivin dərin rəğbətini qazanmışdı.
Polkovnik-leytenant T.İslamov əsl hərbçi, qorxubilməz qəhrəman idi. Vətənpərvərliyi ilə yanaşı, həm də tabeçiliyində olan şəxsi heyətə nümunə olmağı bacaran döyüşçü idi. O, döyüşlər zamanı nə qədər sərt və ciddi olsa belə, adi günlərdə son dərəcə sadə, mülayim, qayğıkeş və xoşxasiyyətli insan idi. Bacarıqlı və təcrübəli komandir kimi əsgərlərin döyüş əzmini yüksəltməyə çalışırdı. Bu baxımdan şəxsi heyətin qayğısına qalmaq, onların problemləri ilə maraqlanmaq komandir kimi Tofiqdə olan ən müsbət keyfiyyətlərdən biri idi”. 
Polkovnik-leytenant Tofiq Elxan oğlu İslamovun döyüş yolu qəhrəmanlıqlarla zəngin olmub. Ağdam və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə, həmçinin, bir çox strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində bacarıqlı komandir kimi fəal iştirak edib. 
20 iyun 1993-cü il. Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən qanlı döyüşlər polkovnik-leytenant T.İslamovun son döyüşü olmuşdur ... Bu döyüşdə qəlpə yarası alan igid silahdaşımız gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi... 

Vətənin qəhrəman oğlu T.İslamov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. İki övladı yadigar qalıb. Oğlu Elman və qızı Elmira. 
Azərbaycan Respublikası Prezidentinin 09 mart 2007-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant İslamov Tofiq Elxan oğlu respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Medal 05 iyul 2008-ci il tarixdə Daxili Qoşunların Qala Tədris Mərkəzinin nəzdində yaradılmış zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbi (hazırda Ali Hərbi İnstitut) məzunlarının ilk buraxılışı və hərbi hissəyə döyüş bayrağının verilməsi münasibəti ilə təşkil olunmuş təntənəli mərasim zamanı Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən şəhid Tofiq İslamovun oğlu, məktəbin ilk məzunlarından biri olan Elman İslamova təqdim olunmuşdur.    
Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, şəhid polkovnik-leytenant Tofiq İslamovun oğlu Elman İslamov  Daxili Qoşunların sıralarında bir zabit kimi atasının şərəfli peşəsini layiqincə davam etdirmişdir.Elman İslamov mayor  hərbı  rütbəsində   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxlıb. Tofiq İslamov xalqımızın yolunda, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olub. Bununla  onun övladları fəxr edir və qürur duyur. 
Vətənimizin keşiyində mətn dayanaraq, canlarını müqəddəs torpaqlarımız uğrunda qurban verən polkovnik-leytenant Tofiq İslamov kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir.  
Allah polkovnik  leytenant  İslamov Tofiq  Elxan oğluna və bütün  şəhidlərimizə rəhmət eləsin!
 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages