Ukrayna hücumu: evlərini tərk edən rusların sayı açıqlandı




Ukraynanın Rusiya ərazisinə hücumu nəticəsində ən azı 133 min rusiyalı evlərini tərk etməyə məcbur olub.

Bakmiltv.info xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilir ki, yerli hakimiyyət Kursk vilayətinin 121 mindən çox sakinini təxliyə edib. Belqorod vilayətinin cənubundakı Krasnoyaruzsk rayonundan daha 11 minə yaxın sakin evakuasiya edilib. Müharibədən əvvəl təxminən 40 min insanın yaşadığı Şebekino sakinlərinin 50-70%-i də onlara qoşulub.

Qeyd edilir ki, Kurskdan daha 59 min insan tezliklə evlərini tərk edə bilər.

Hiç yorum yok:

Yorum Gönder

Pages