Uğur olsun, Aqil həkim!




Xocalı rayonunun Kosalar kənd sakini, həkim-stomotoloq, yerli Xəstəxananın baş həkimi Aqil Kamran oğlu Məmmədov 122 saylı Seçki Dairəsində Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd irəli sürülüb. Aqil həkim I və II Vətən müharibələrində könüllü olaraq iştirak edib.Qanlı savaş meydanında 3 dəfə yaralanıb.Prezidentin Sərəncamlarına əsasən bir neçə medala layiq görülüb. Aqil Məmmədov Yeni Azərbaycan Partiyasının və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvüdür. O, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının tanıdılmasında xüsusi xidmətləri olan insandır.
Seçki marafonunda uğurlar arzu edirik, Aqil həkim!

Şamil Sabiroğlu, jurnalist.


Hiç yorum yok:

Yorum Gönder

Pages