UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.

"Report" xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

00:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.

"Report" xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb - 3:0.

80-ci dəqiqədə Sandro Kulenoviç dubl müəllifi olub.

00:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb - 2:0.

75-ci dəqiqədə Sandro Kulenoviç fərqlənib.

00:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri hesabda öndədir - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

23:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

23:32

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab açılıb.

"Report" xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri hesabda önə çıxıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.

"Report" xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma "Maksimir" stadionunda keçirilir.

Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

Hiç yorum yok:

Yorum Gönder

Pages