Təqaüd alan müharibə veteranlarının dəqiq sayı açıqlandı


Dövlət Statistika Komitəsindən Veteran.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə görə, Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir. “Xalq” fəxri adına görə təqaüd alanların sayı 253 nəfər, “Əməkdar” fəxri adına görə təqaüd alanların sayı isə 4 560 nəfərdir.

Ölkədə 333 nəfərə fərdi təqaüd, 18 min 493 nəfərə isə şəhid ailəsi təqaüdü verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adına görə müvafiq təqaüd alanların sayı (həmin şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları) 180 nəfər, “Azərbaycanın Milli Qəhrəmanı” adına görə (həmin şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları) 177 nəfərdir.

Komitənin məlumatında həmçinin qeyd olunur ki, respublikada 20 Yanvar şəhidi təaüdü 89 nəfər, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçısı kimi təqaüd alan 21 nəfər var. Müharibə ilə əlaqədar əlilliyi olan 19 858 nəfərə Prezident təqaüdü verilir. Onlardan 14 526 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2 819 nəfər Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan, 2 513-ü isə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages