Tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımovun 3 və 7 mərasimi avqust ayının 3 də Bakı şəhəri Məhəmmədi kəndində olacaq.




Daxili işlər Nazirliyi (Din-in)  Daxili Qoşunların həyatında  tibb xidməti sahəsində  öz dəst-xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı,humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə seçilən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hissələrində tibb xidməti rəisi, Daxili Qoşunların hərbi hospitalında isə baş ordinator və şöbə rəisi vəzifələinrdə xidmət etmiş, ali dərəcəli tanımış  həkim, istefada olan tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımovun iyul  ayının 28-də  Bakı şəhəri Məhəmmədi  kəndində  vəfat edib.3 və 7 mərasimi  2024-cü illin avqust ayının  3 -də Bakı şəhəri  Məhəmmədi kənd  məscidində olacaq.
Ali dərəcəli,tanınmış hərbi  həkim Kazımov Rafiq Məcid oğlu 11 fevral 1958 -ci ildə Qazax rayonun  Kəmərli
kəndində zəhmətkeş bir ailədə  anadan olmuşdur.  
1975-ci ildə Qazax rayonun Kəmərli orta məktəbi, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir . O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda, seminarlarda və konfuraslarda fəal iştirak etmişdir.

Təcürbəli və zəhmətkeş Rafiq həkim 1981-ci ilədən- 1991 ci ilədək, SSRİ Daxili işlər nazirliyi nin Lipetsk, Qryazlı və Bakı şəhərıərində yerləşən Baş  İslah- Əmək Müəssisələrinin   Tibb Xidmətində müxtəlif vəzifələrdə, 1992- 2000-ci illərdə isə  Daxili İşlər nazirliyi Daxili  Qoşunların Baş İdarəsinin Zəngilan, Qaradağ və Nərimanov rayonunlarında yerləşən hərbi hissələrdə və hərbi hospitalda tibb xidməti rəisi, baş ordinator və şöbə rəisi vəzifələrində Millətə, Vətənə, Dövlətə  və Xalqa sədaqətlə xidmət etmişdir.
Rafiq həkim  Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqan sonra 2018 ci iıə kimi Daxili Qoşunların hərbi hospitalnda və Turan kilinkasında mülki həkim kimi işləmişdir.

Rafiq həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ön mövqedə döyüş əməliyyatları zamanı ağır yaralara ilkin yardım göstərilməsi məqsədilə 1993-cü il noyabrın 13-də Füzuli bölgəsində fəaliyyətə başlayan hərbi səhra lazaretinin rəisi təyin edilmişdir . Lazaretin fəaliyyətə başladığı ilk gündən həkim həmkarlarları kimi o,da yaralılara ilk tibbi yardım göstərmişdir. Daxili Qoşunların Bas İdarəsinin ilk Tibb şöbəsinin  rəisi   məhrum polkovnik Siyavuş Rüstəmovun rəhbərliyi altında atəşkəs dövrünə qədər həmin vəzifəni uğurla, məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Müharibənin fasadlarının aradan qaldırılmasında, özünü irmədən ləyaqətlə calışmış, ona olan etimadı şərəflə doğrultmuşdur. Lazaretə və Daxili Qoşunların hərbi hospitalına müraciət edən xəstə və yaralıların qısa müddətdə müalicə olunub sıraya qaytarılmasında Rafiq həkimin əməyi danılmazdır.O,bəzən elə vaxtlar olub ki, ön mövqedə yaralı döyüşçüləri təhlükəli zonadan uzaqlandırıb, güllə yağışı altında onlara ilkin tibbi yardım göstərərək, yenidən həyata qaytarılmasında əsl fədəkarlıq göstərmişdir. Rafiq həkim elə vaxtlar olub ki, döyüş bölgələrində, gün ərzində 250-dən çox yaralının həyatını xilas etməkdə həkim həmkarlarına yaxından köməklik göstərmişdir. Ən ağır məqamlarda döyüşçülərə mənəvi dayaq olub, yaralarına məlhəm qoyub sarımışdır. 
 1991- 1994 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Zəngilan,Qubatlı Ağdərə,  Ağdam və Füzuli rayonları istiqamətində ) gedən ağır döyüşlərdə yaralıların döyüş meydanından çıxarılması, ilkin tibbi yardım göstərilməsi, müalicə işinin təşkilində və hərbi hospitala təxliyyə edilməsində öz vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Sevimli peşəsini vurğunu olub onun
öhdəsindən həmişə ləyaqətlə gələn Rafiq həkimin Vətən qarşısında bu xidmətləri əsl hörmətə layiqidi.
Ali dərəc əli Rafiq həkim Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat andı içən Rafiq həkim həmişə həmin anda sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Rafiq həkim  qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir.O,harda
işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, yaşadığı ərazidə, qohum- əqraba arasında,istərsə də işlədiyi və xidmət etdiyi kollektivdə, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır. 
Rafiq Kazımov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və peşəkar, xeyirxah həkim kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımov çox dəyərli bir həkim idi.  Tanımış hərbi  həkim Rafiq Kazımov  cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkimlərdən (insanlardan) biri idi . O,bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalmışdır.
Rafiq həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olmuşdur . O,harada işləməsinə ,xidmət etməsinə
baxmayaraq ,öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur,buna görə də hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədikidir ki, Rafiq Kazımov həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını qorumuş, nüfuzunu qorumuş,vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

Rafiq Kazımov öz xidməti vəzifələrinin yerinə yetirilməsində  xüsusi  fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin ,Daxili Qoşunların Komandanın və onun müavinlərinin, İslah- əmək munissə rəisinin,  hərbi hissə komandirin və hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış, ona təşəkkür elan edilmiş və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə .»Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci və 3-cü dərəcəli medal ilə, ″Silahlı Qüvvələrin “ 10-iliyi və 90-illiyi yubiley medalları ilə təltif  edilmişdir. 

ALLAH  RAFİK HƏKİMƏ RƏHMƏT ELƏSİN.MƏKANI  CƏNNƏT OLSUN. 

Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages