Tibb xidməti mayoru Rizvan İsmayılovun avqust ayının 24 -də 40 mərasimi oldu.





  Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  həyatında tibb xidməti  sahəsində   öz dəst xətti  və xüsusi xidmətləri olmuş, peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,işgüzarlığı,səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən,müharibə veteranı- tibb xidməti  mayoru  Ismayılov Rizvan Hüseyin  oğlunun avqust ayının  24-də Qaradağ rayonu  Ələt qəsəbəsində 40 mərasimi  olub.
Xatlrladıram ki,müharibə veteranı, ali dərəcəli tibb xidməti mayoru  Rizvan İsmayılov  2024-cü ilin
iyul ayının 16-da Qaradağ rayonunun  Ələt qəsəbəsində  vəfat  edib və  Ələt qəsəbə qəbiristanlığında  dəfn edilib. 
Tibb xidməti mayoru İsmayılov Rizvan  Hüseyin    oğlu  1952 ci ilin  iyun   ayının 16-da Azərbaycan İravan Quberniyasının  Ulxanlı  qəsəbəsində  zəhmətkeş bir ailədə anadan olmuşdur. 1968-ci ildə Ulxanlı qəsəbə  orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirmişdir.O, dəfələrlə həkimlərin  ixtisas artırma kurslarında olmuşdur. 
Rizvan Hüseyin  oğlu İsmayılov  Daxili Qoşunlarda xidmət etdiyi illər  ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar alı dərəcəli  həkim  kimi  üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.
O,1992 -2001 -ci illərdə  Din-in Daxili Qoşunların hərbi hospitalında  ordinator və baş ordinator  vəzifələrində Millətə,Vətənə,Dövlətə və Xalqa  sədaqətlə xidmət etmişdir.Rizvan   İsmayılovun oğlu peşəkar baş zabit -polkovnik leytenant Rəşad Ismayılovda atasının həyat yolunu  bir zabit kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında layiqincə  davam etdirmişdir.
Öz xidməti  vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə  komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə bir sıra medallarla,  əla xidmətlərə  görə  əlacı və yubiley döş nişanları ilə təltif edilmişdir, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkur elan edilmişdir. 
Azərbaycan dövlətçiliyinin qorunmasında,yaşayış məntəqələrində ictimai təhlükəsizliyin təmin edilməsində,Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  bir həkim kimi üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.  
Bir daha Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan  zabitləri (tibb işciləri) polkovnik leytenant  Rəşad Ismayılovun  atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə doğmalarına,yaxınlarına başsağlığı verir. 
Heyf  ki, biz  tibb xidməti mayoru Rizvan Ismayılovu 2024-cü illin iyul ayının  16-da itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
 Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages