Yüksək peşəkarlığı və iş təcrübəsi ilə seçilən,tibb xidməti mayoru Məhəmməd Məmmədov əgər yaşasaydı avqust ayının 14-də 72 yaşı olardı.
Tibb xidməti mayoru Məmmədov Məhəmməd Rasim oğlu 14 avqust 1952-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmaları kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Orta təhsilini 1969 -cu ildə başa vurmuşdur. Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitunun müalicə -profilaktika fakültəsinə qəbul olmuşdur.
1975 ci ildə Azərbaycan Tibb Institutunu, 1976-ci ildə isə Respublika Klinik Xəstəxanasında internanı bitirmişdir . Təynatla Qusar Rayon Mərkəzi Xəstəxanasının laboratoriya müdiri vəzifəsinə təyin edilmişdir . Bir müddət burada çalışdıqdan sonra, 1979-ci ildə ehtiyyatda olan zabit kimi ordu sıralarında çağıraraq, Qəbələ RLS-in tikinti hərbi hissəəsində xidmətə başlamışdır. Məhəmməd Məmmədovun xidməti başa catdıqdan sonra isə Daxili İşlər Nazirliyinin Bayıl təcridxanasının tibb hissəsində ordinator, Daxili İşlər Nazirliyinin 10 saylı -İslah əmək müəssisəsində və 13 saylı vərəm xəstəliyinin müalicəsi üzrə islah-əmək müəssisəsində həkim kimi işləmişdir.
1992 ci ilin iyun ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi vəzifələrində xidmət etmişdir. Daha sonra yeni yaradılmış hərbi hissəyə dəyişdirilmiş və bütün heyətlə döyuş bölgəsinə göndərilmişdir. Bu vaxt Ağdam rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların nəzdində yaradılmış ön cəbhə qərargahında tibb xidmət rəsi vəzifəsində olmuşdur.
Cəfakeş Məhəmməd həkimin tibb xidmətində cavabdehliyi bu sahəyə məsuliyyətini daha da artırmışdır. Bununla yanaşı, Daxili Qoşunların yeni yaranmış Xankəndi birqadasının da tibb xidməti vəzifəsini yerinə yetirəsi olmuşdur.
O,Xındırıstan kənd orta məktəbəinin binasında yerləşən hərbi səhra lazaretinə (tibb mətəqəsinə) özü rəhbərlik etmişdir.
Tibb xidməti mayoru Məhəmməd Məmmədov Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Ağdam,Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə və Xankəndi birqadasında tibb xidməti rəisi , Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qosunların hərbi hospitalında isə baş ordinator vəzifələrində xidmət etdərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.
Məhəmməd həkim ömrünün ən şərəfli anlarını Vətənin müdafiəsində kecirən həkim xidmətini şərəflə başa vuraraq
2000 - ci ilin dekabr ayında sıralarımızdan ehtiyyatda buraxılmışdır
2001- 2021 -ci illərdə Məhəmməd həkim Qusar rayon mərkəzi xəstəxanasında işləmişdir.
Məhəmməd həkim xidmət etdiyi hərbi hissələrdə bir tibb xidməti rəsi kimi Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyuk rolu olmuşdur.Müharibə veteranı idi.
Tibb xidməti mayoru Məhəmməd Məmmədov peşəkarlığı və humanistliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 52 illk şərəfli xidmət yolunun 6 (alti) ilini Azərbaycan Dövlət Tibb İnistutunda, 46 (qırıx altı ilin isə hərbi xidmətdə və tibb müəssisələrində fəaliyyət göstərmişdir.
Məhəmməd həkim, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hisələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində, ictimai əsayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah -əmək müəssisələrində,fövqalədə və hərbi vəziyyət zananı hüquqi rejimin təmin edilməsində, eləcədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibb xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Məhəmməd Məmmədov Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın ( həkim andın ), hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə olmuşdur,Hippokrat andına isə sadiq qalmışdır.
Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinin İslah əmək (cəzaçəkmə) müəssisələrində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə illər ərzində, xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, hərbi hissə komandirinin və islah- əmək ( cəzaçəkmə) müəssisə rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif edilmiş, bir çox fərmanlarla və qiymətli hədiyələrlə mukaflandırılımışdır.
Tibb xidməti mayoru Məhəmməd Məmmədovun nə qədər ağır iş rejimi olsada, doğum gününü ailəsiylə, dostlarıyla hər zaman qeyd etməyi çox sevərdi...
Bu gün etdiyi xoş əməllər yada düşürsə söylədiyi düşüncələr, fikirlər onu tanyanlar tərəfindən daima müdrik kəlamlar kimi anılırsa,yüksək insan keyfiyyətləri ilə yadaşlara həkk olunubsa, Daxili Qoşunlarda peşəkar hərbi həkim kimi göstərdiyi xüsusi xidmətlər daimə örnək göstərilirsə demək o, bu həyatı boşuna yaşamayıb.
Hər il olduğu kimi bu ildə əzizləri,doğmaları onun doğum günü qeyd edirlər, onun kecdiyi həyat yolunu xatırlayırlar.Məhəmməd həkim 14 avqust öz doğum günündə iştirak etmir, ancaq onu tanyanların qəlbində O, daimə yaşayır,hər gün xoş xatirələrlə anılır.
Məhəmməd həkim 2022 -ci ilin iyun ayının 20 -də vəfat edib. Allah ona rəhmət etsin, məkanı cənnət olsun.
Azərbaycan Respubilkasının Silahll Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder