İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Azərbaycan Respubilkasının
Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin üzvü- ehtiyatda olan polis cavuşu Zülfü Həsənəliyevdir.Avqust ayının 19 - da onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Zülfü Həsənəliyevi doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayonu şöbəsinin idarə heyəti, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Zülfü qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin üzvü Zülfü Həşim oğlu Həsənəliyev 1972 -ci ilin avqust ayının 19-da Zəngilan rayonunun Bartaz kəndində zəhmətkeş ailədə anadan olub.
1990-cı ildə Ismayıl Sayılov adına Zəngilan rayonunun Bartaz kənd orta məktəbi bitrib.
1990- 1992- ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqqi hərbi xidmətdə olub. Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra Zəngilan rayon şöbəsində bölmə komandiri vəzifəsində olub.
1992- 1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ağır yaralanmışdır. Zülfü Həsənəliyev 44 günlük Vətən Müharibəsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Zülfü Həşim oğlu Həsənəliyev öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə bir sıra medallarıla, əlacı
və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına yazlıb.
ZÜLFÜ DOĞUM GÜNÜZ MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev
Hiç yorum yok:
Yorum Gönder