Təbrik:Zaur Əliyev




    
Peşəkarlığı,sadəliyi, humanistliyi, vətənpərvərliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən- ehtiyatda olan  baş leytenant  Əliyev Zaur  Yusif  oğlunun   avqust ayının 16 - da   dünya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan-  ehtiyatda olan  baş leytenant Zaur Əliyevi belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zaur qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Baş-leytenat Zaur Yusif  oğlu Əliyev  1982-ci ilin  avqust ayının  16 -də Naxçıvan Muxtar  Respublikasının  Şərur   rayonunun Tumaslı kəndində  zəhmətkeş bir  ailədə  
 anadan olub.
   
1999- cu ildə Şərur rayonunun  Tumaslı  kənd  orta məktəbi, 2010-cu ildə Azərbaycan  Dövlət Bədən Tərbiyəsi  və İdman Akademiyasını,  2012-ci ildə isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə  zabit heyətinin ilkin hazırlıq kursunu bitrib.

Zaur Əliyev  2000-2002-ci illərdə  Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən hərbi hissələrin birində  müddətli  həqiqi hərbi xidmətə olub.
 
 2010-2018 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin  Naxçıvan Muxtar Respublikasının  Naxçıvan şəhərində yerləşən əlahiddə  briqadanın  xüsusi təyinatlı dəstəsində  taqım komandiri, xüsusi təyinatlı dəstə komandirinin birinci müavini-qərargah rəisi   vəzifələrində  Millətə, Vətənə  və Xalqa  sədaqətlə xidmət  edib. “Hərbi xidmətkecmə
haqqında” əsasnamənin 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyə görə)- Silahlı Qüvvələrədən ehtiyata buraxlıb.

Əliyev Zaur Yusif   oğlu Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur..

O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak  etmişdir.
 
  Baş-leytenat Zaur  Yusif  oğlu Əliyev   Qanunvericiliklə  müəyyən edilmiş qaydada  DİN- in  Daxili Qoşunlara   həvalə  edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin  müafiq əmrləri iIə əlaçı  və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 
Xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə baş-leytenat Əliyev Zaur Yusif   oğlu "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008 )”  yubiley medalı ilə təltif olunub.

Hərbi yoldaşları  Zaur  Əliyevi  qoruxmaz, vətənpərvər,səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ZAUR.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
   
 

Hiç yorum yok:

Yorum Gönder

Pages