Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyyətini artırır.
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının və Müdafiə Nazirliyinin həyatında tibb xidməti sahəsində öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,dərin zəkası,səmimiyyəti, gözəl nitq qabiliyyəti, səmərəli fəaliyyəti, böyük idarəçlik və təşkilatçlıq bacarığı,
insanpərvərliyi,dürüstliyi,qayğıkeşliyi, işgüzarlığı, yüksək intellektual səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 (iyrimi) illini Din-in Daxili Qoşunlada 7(yeddi) ilini isə Müdafiə Nazirliyində kecirmiş, Silahlı Qüvvələr Veteranımız- ehtiyatda olan tibb xidməti polkovniki Quliyeva Mehriban Tofiq qızının avqust ayının 26-da dünya göz açdığı gündür.
Belə bir əlamətdar gün mübasibətilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,öz işini çox sevən və öhtəsindən layıqinca gələn tibb xidməti polkovniki Mehriban Tofiq qızı Quliyevanı Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ( tibb işçiləri),
doğmaları, əzizləri, tələbə və iş yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edib deyirlər,Mehriban xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Sənətini mükəmməl bilən,insanların (hərbi qulluqcuların) sağlamlığının keşiyində ləyaqətlə durmuş, onların daimi qayğısına qalmış və etibarını qazanmış alı həkim dərəcəsinə malik olan –tibb xidməti polkovniki Quliyeva Mehriban Tofiq qızı 1971 - ci ilin avqust ayının 26 da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub .
1988-ci ildə Bakı şəhərində 20 saylı tam orta məktəbi, 1994 -cü ildə Azərbaycan Dövlət Tibb Universitetini, 2010 -cu ildə Türkiyə Gülxana Tibb Akademiyasını bitirib.
Mehriban həkim Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalnda xidmət etdiyi illər ərzində bir dəfələrlə müvafq ixtisasartrma kurslarında, seminarlarda və konfranslarda fəal iştirak edib.
Ömrünün gecəsini- gündüzünü məhz insaların (hərbi qulluqcuların) sağlamlığını şəfa tapması yolunda həsir etmiş, işini çox sevən və öhtəsindən layıqınca gələn Mehriban həkim öz ixtisası üzrə 1994 - 2014 - cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hospitalının reanimasiya şöbəsində baş ordinator, əməliyyat blokunun rəisi, 2014-2021-ci illərdə isə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyyasının sədr müavini,Müdafiə Nazirliyinin Hərbi- Tibb Baş İdarəsinin Mərkəzi Poliklinikasının rəisi, Müdafiə Nazirliyinin Hərbi Tibb fakültəsində kafedra rəisi vəzifəsində Millətə, Vətənə və Xalqa, sədaqətlə xidmət edib.Hal hazırda Mehriban həkim Azərbaycanın Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında işləyir.
Mehriban Həkim Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Müdafiə Nazirliyinin müvafiq strukturlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara (tibb işçilərinə) nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və həkim yoldaşları Mehriban xanımı vətənpərvər,qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəisinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə əlacı və yubley döş nişanları ilə, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
”Hərbi xidmətlərə görə” medalı ilə
2.“Azərvaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı “ medalı ilə;
3.“Hərbi xidmətdə” fərqləndiyinə görə 1-ci dərəcəli medal ilə;
4.“Hərbi xidmətdə” fərqləndiyinə görə” 2-ci dərəcəli medal ilə;
5.“Hərbi xidmətdə” fərqləndiyinə görə” 3-cü dərəcəli medal ilə;
6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
7."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
9."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi (1918 -2018)” yubiley medalı ilə;
10."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə,
11."Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
12."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
MEHRİBAN HƏKİM DOĞUM GÜNÜN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder