İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Ad günü qeyd olunan insanlardan biridə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının və Din-in Əlahiddə Çevik polis Alayının həyatında öz dəst -xətti olan , yüksək peşəkarlığı, hümanistliyi,sadəliyi, səmimiyyəti,dəqiqliyi, vətənpərvərliyi, işgüzarlığı,səmərəli fəaliyyəti, dərin zəkası,təmkinliyi, gözəl nitq qabiliyyəti,
iradi və mənəvi keyfiyyətləri seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili işlər orqanlarında keçirmiş - ehtiyatda olan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlunun avqust ayının 25 -də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik Rəcəb Oqtay oğlu Rəcəbovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəcəb müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Dövlətçiliymizun möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan çalışan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlu 1967 -ci ilin avqust ayının 25- də Bakı şəhərində ziyalı aildə anadan olub.
1984 -cü ildə Bakı şəhərində orta məktəbi, 1991- ci ildə Bakı Dövlət Universitetini, 1993 -cü ildə Bakı Ali Hərbi Birləşmiş Kamandirlər məktəbini ( iki ilik zabitlər hazırlayan kursu) bitrib.
Polkovnik Rəcəb Oktay oğlu Rəcəbov 1994- 2014 -cü ilərdə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq kurslarda, bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən,ictimayət arasında özünə layıq hörmət qazanmış polkovnik Rəcəb Oqtay oğlu Rəcəbov 1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1994- 2014 -cü ilərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətində (mərkəzində), mənəvi pisxoloji hazırlığı (tərbiyə ) şöbəsində zabit və baş zabit, Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində, hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) tərbiyəvi işləri üzrə müavini, 2014- 2019 -cu illərdə isə Daxili İşlər Nazirinin hərbi məsələlər üzrə köməkçisi xidmətində baş zabit, Din-in Əlahiddə Çevik Polis Alayında isə alay komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Əhatəsində olan insanların, iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarıq göstərən,dostlarına və yaxınlarına isti münasibətdə olan Rəcəb Oqtay oğlu Rəcəbov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın) , hərbi nizamnaməlirin, daxili işlər nazirliyinin post- patrul , daxili qoşunların isə döyüş xidməti nizamnamələrinin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinun Daxili Qoşunlarına və Əlahiddə Cevik Polis Alayına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin,inzibati binaların, hərbi şəhərciklərinin,təchizat anbarların mühafizə olunmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də,silahlı birləşmiş dəstələrin və diğər şəxslərin axtarışında, tutulmasında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar ( fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində polkovnikRəcəb Rəcəbov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə ( Daxili Qoşunların Baş İdarəsinin mənəvi -pisxoloji hazırlığı şöbəsi,hərbi hospitalı və Din-in əlahiddə cevik polis alayı ) qarşısına qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə (xidmət) rəisinin, hərbi hissə (əlahiddə cevik polis alay) komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla (pul mükafatkarı ilə) və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Dövlətin ərazi bütövlüyün təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafazisində, beynəlxalq əhmiyyətli tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində, xüsusi tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə polkovnik Rəcəbov Rəcəb Oktay oğlu aşağıdakı medallarla təltif edilib:
1.”İgidliyə görə” medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ( 1918 -2013 )” 95 illiyi yubiley medalı ilə;
5.”Azərbaycan Polisinin 100 illiyi ( 1918- 2018)” yubiley medalı ilə;
6.”Polis Veteranı” medalı ilə
7.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə;
8.”Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal ilə;
9.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏB!
100 (YÜZ ) YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder