Təbrik:Polkovnik Rasim İsmayılov-61




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst - xətti  olan, yüksək peşəkarlığı, intellektal səviyyəsi, işgüzarlığı, idarəçilik və gözəl nitq qabiliyyəti,vətənpərvərliyi,dəqiqliyi, təmkinliyi, dərin zəkası,  təşkilatçlıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili Qoşunların Baş İdasində hərbi xidmətə həsir etmiş , gözəl və xeyirxah insan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı-  polkovnik   İsmayılov Rasim Cəmil oğlunun  avqust ayının  18-də  dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan, polkovnik İsmayılov Rasim Cəmil  oğlunu belə bir əlamətdar  gün münasibətilə Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri (hərbi quluqculları), doğmaları, yaxınları, iş  yoldaşları  və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rasim müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Rasim İsmayılov 2003 -cü  ilin fevral ayına kimi Azərbaycan Dövlət Sərhəd Xidmətin Baş idarələrinin birində müxtəlif vəzifələrdə,2003-2023 cü illərdə isə  Daxili Qoşunların Baş İdarəsinin  İnispeksiya rəisinin (ilk) müavini, Daxili işlər Nazirinin Hərbi məsələr üzrə (ilk) köməkçisi,  Daxili Qoşunlar komandanın köməkçisi vəzifələrində  Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə  xidmət edib. 
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli  və qayğıkeş insan kimi  göstərən polkovnik  İsmayılov Rasim Cəmil oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Polkovnik Rasim Ismayılov  Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  ixtşaşların qarşlsının alınmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi  təmin edilməsində,dövlətətin ərazi bütövlüyünün təmin olunmasında  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları polkovnik Rasim İsmayılovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər,xeyirxah əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin,Dövlət Sərhəd  Xidməti rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İdarə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin və  ərazi bütövlüyünün  qorunub saxlanmasında, eləcə də respublikada əmin - amanlığın təmin edilməsində,asayişin qorunmasında və hərbi xidmətdə  xüsusi xidmətlərinə görə polkovnik Rasim İsmayılov aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətlərə görə" medalı ilə;
2."Azərbayca  Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
3.” Hərbi xidmətdə fərqlənməyə görə" -3-cü dərəcəli medal ilə;
4." Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal ilə;
5."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  (1918 - 2008 )”  yubiley   medalı ilə;
6."Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin  95 illiyi  ( 1918 - 2013 )” yubiley medalı ilə;
7."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi  ( 1918 - 2018 )” yubiley medalı ilə;
8."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
9."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
10."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  ilə  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,
11.”Türkiyə Silahlı Qüvvələri Hərbi Akademiyasının” yaranmasının  yubiley medalı ilə.
 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN   MÜBARƏK OLSUN  RASİM MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
 HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages