Təbrik:Polkovnik Nəsir Hüseynov-62





Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst - xətti  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili Qoşunların Baş İdarəsinin hüquq  şöbəsində və kadırlar  (şöbəsində)idarəsində keçirmiş,hüquq üzrə  fəlsəfə doktoru,   Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı-  istefada olan polkovnik  Hüseynov Nəsir Cavanşir oğlunun  avqust ayının  5-də  dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnikHüseynov Nəsir Cavanşir oğlunu doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nəsir müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli idarə (şöbə) rəisi və qayğıkeş insan kimi  göstərən polkovnik Hüseynov Nəsir Cavanşir oğlu 1962-ci ilin  avqust ayının 5- də Cəbrayıl rayonun  İsaqlı kəndində  müəllim ailəsində anadan olub.
Nəsir Cavanşir oğlu  Hüseynov  Cəbrayıl rayonunun İsaqlı  kəndə orta məktəbi, Ufa şəhərində isə Ali hüquq  məktəbi bitirmişdir. 
2012-ci ildən polkovnik Nəsir Hüseynov   hüquq üzrə  fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Hərbi  təhqiqat  və onun bəzi  problemlərindən  bəhs edən  bir neçə  kitabın  və onlarla  məqalənin müəllifidir. “Azərbaycan Elmi”  beynəlxalq xalq  elmi  nəzəri jurnalın  redaksiya şurasının üzvüdür.
 Polkovnik Nəsir Hüseynov DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericliklə müəyyən edilmiş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  ixtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin  təmin olunmasında,  fövqalədə hallar  və hərbi vəziyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi  yoldaşları  Nəsir Hüseynovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox x fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin və  ərazi bütövlüyünün  qorunub saxlanmasında, eləcə də respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə  xüsusi xidmətlərinə görə aşağıdakı medallarla təltif olunub:
1."Vətən uğrunda " medalı ilə;
2. "Hərbi xidmətlərə görə " medalı ilə;
3."Azərbayca  Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
4. " Hərbi xidmətdə fərqlənməyə görə " -1-ci dərəcəli medal ilə;
5." Hərbi xidmətdə fərqlənməyə görə " 2-ci dərəcəli medal ilə;
6." Hərbi xidmətdə xərqlənməyə görə" 3-cü  dərəcəli medal ilə;
7."Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  ( 1918 - 2008 )”  yubiley   medalı ilə;
9."Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin   95 illiyi  ( 1918 - 2013 )” yubiley medalı ilə;
10."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  100 illiyi  ( 1918 - 2018 )” yubiley medalı ilə;
11."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
12."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 13."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  ılə  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.
 
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN  NƏSİR MÜƏLIİM!
  BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages