Təbrik:Polkovnik leytenant Vüqar Quliyev-48



    
Daxil İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çoxnu  hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik- leytenat Quliyev Vüqar  Qədir oğlunun avqust ayının 6 - də dünya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan  polkovnik -leytenat  Vüqar Quliyevi  belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüqar qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Vüqar Qədir oğlu Quliyev  avqust ayının  6 -də Azərbaycan Respublikasının  Qubatlı rayonunda  zəhmətkeş bir   ailədə
 anadan olub.

1993 - cü ildə Qubatlı şəhər 1 nömrəli tam orta məktəbi,  1997- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM), 1999 - cu ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı İdarəsinin  Xəzər rayonunda yerləşən  təlim -tədris mərkəzində   zabitlərin ixtisas
artırma kursunu, 2009 - cu ildə isə Türkiyə Jandarma  Qüvvələrinin hərbi məktəblərinin birində xüsusi təynatlı dəstələrin hazırlğı  kursunu   bitrib.Vüqar hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Jandarma  Qüvvələrinin hərbi hissələrində, hərbi məktəblərində və əlahiddə bölmələrində işgüzar səfərdə olub.
     
Polkovnik-leytenat Vüqar Quliyev 1997-2016 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər, Zakatala,Quba və Hacqabul rayonlarında yerləşən hərbi hissələrində tədris taqımın komandiri- müəllim, tədris  böluyün komandiri,əməliyyat bölüyün komandiri, xüsusi təynatlı dəstənin rəisi, briqadanın  kəşfiyyat  rəisi,  qərargah rəisinin döyüş təlimi üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin kimya  xidmətində  isə baş zabit vəzifələrində Millətə,Dövlətə    və Xalqa  sədaqətlə xidmət  edib.
 
Vüqar  Qədir oğlu Quliyev Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur..O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
   
Polkovnik - leytenat Vüqar Qədir oğlu Quliyev Qanunvericiliklə  müəyyən edilmiş qaydada  Din- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və  başqa  fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin  olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Öz vəzifə borcunu  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqlən və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  polkovnik -leytenat Quliyev Vüqar Qədir  oğlu aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medal ilə,

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)”  yubiley medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;

4."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə- - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.

Hərbi yoldaşları  Vüqar Quliyevi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  VÜQAR.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages