Təbrik:Polkovnik leytenant Namiq Seydəliyev-54




İnsan ücün ən yaddaqalan  günlərin  başlıcası  onun həyata  gəldiyi  gündür.Ömürə bəzək olan ad günü  hər il xüsusi qeyd olunur.Bu  gözəl yay  günündə  ad gene  qeyd  olunan insanlardan biridə Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində öz dəst-xətti olan -ehtiyatda olan 
polkovnik-leytenant  Namiq  Seydəliyevdir. Avqust ayının 18 -də onun dünya göz açdığı gündür.

Daimi həyatın imtahanınlarından alınıaçıq və üzüağ çıxan Namiq Seydəliyevi belə bir əkamətdar   gün  munasbətilə  Daxili  Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları,yaxınları iş və döyüşcü yoldaşları səmimi qəlbdən    təbrik edir,səbəbkara həyatda  insan  ücün  ən  şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Namiq qoy  yaşının  üstə  gələn  bu  yaş  da sizə  sevincdolu  günlər  bəxş  etsin, hər  yeni günün isə ötən  günlərdən  daha  gözəl  istəklərinə  uyğun, sizi  xoşbəxt   edəcək  şəkildə keçsin.
Polkovniki  leytenant   Seydəliyev  Namiq  Məhəmməd  oğlu 18 avqust 1970- ci ildə  Sumqayıt  şəhərində  zəhmətkeş bir ailədə  anadan olub. 

 1987 -ci ildə Sumqayıt şəhərində  orta məktəbi, 1993- cü ildə Daxili  Qoşunların  Vladikafkazda   yerləşən  Ali  hərbi   komandirlər məktəbini,1997- ci  ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzində  tabor komandiri  və taborun  qərargah  rəisi  kursunu,  2005-ci  ildə  isə Türkiyə  Cümhuriyyətinin  Jandarma  Qüvvələrinin  hərbi  məktəbində  baş  zabitlərin  ixtisas  artırma  kursunu  bitirib.
Müharibə  veteranı- ehtiyatda  olan  polkovnik-leytenant  Namiq  Seydəliyev 1988- 1989-cü illərdə  Din-in  Daxili  Qoşunların  Vladikafkazda   yerləşən  hərbi  hissədə   müddətli   həqiqi  hərbi  xidmətdə  olub. 
  Namiq Seydəliyev  1993-  2009-cu  illərdə   Daxili  işlər  nazirliyi  Daxili  Qoşunlarının  Baş  İdarəsinin  Sumqayıt şəhərində, Quba, Zakatala, Xəzər, Binəqədi  və  Hacıqabul  rayonlarında  yerləşən  hərbi  hissələrdə  taqım komandiri,    bölük komandiri ,döyüş  hazırlığı  bölməsinin  rəisi,tabor  komandiri,Daxili  Qoşunların  Baş  İdarəsinin    əməliyyat  şöbəsində isə  baş  zabit  vəzifələrində  xidmət  etmişdir.
Namiq Seydəliyev Qanunvericiliklə müəyyən edilmiş qaydada   Daxili  Qoşunlara,və xidmət  etdiyi  hərbi  hissəyə  həvalə  edilmiş  vəzifə və  tapşırıqların   yerinə  yetirilməsində,dövlət obyektlərinin, inzibatı binaların, hərbi təchizat   anbarların və hərbi bazaların  mühafizəsində,cinayətkarlığa  qarşı  mübarizədə, şəhərlərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə  yerlərində ictimai  təhlükəsizliyin   təmin  edilməsində və ictimai asayişin qorunmasında,yaşayış mətəqələrində kütləvi iğtişaşların qarşısın alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə halar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi  rejimin təmin edilməsində  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsinə  məsuliyyətlə  yanaşmışdır.
Polkovnik leytenant  Namiq  Seydəliyev  Azərbaycan  Respublikası  Konstitusiyasına  və  qanunlarına, Hərbi  Andın,hərbi  və daxili qoşunların  döyüş  nizamnamələrinin  tələblərinə   və  vəzifə  borcuna  əməl  etməkdə  tabeliyindəkilər  üçün  nümunə  olmuş, Azərbaycan  Respublikasının  ərazi   bütövlüyü  uğrunda  gedən   döyüşlərdə   iştirak  edərək, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə layıqincə gəlmişdir.
Müharibə  veteranı  ehtiyatda  olan  polkovnik-leytenant  Namiq  Seydəliyev Məhəmməd  oğlu   peşəkarlığı  və  humanistliyi  ilə  seçilən, ömrünün ən  məsuldar  dövrünün  21  ildən  cox  şərəfli  xidməti  yolunu  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarında  hərbi  xidmətdə  kecirib. 
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş  tapşırıqları  yerinə yetirərkən fərqləndiyinə  görə, polkovnik-leytenant  Namiq  Seydəliyev  Daxili  İşlər  Nazirin,Daxili  Qoşunlar  Komandanın,  ali  hərbi məktəb  rəisinin  və  hərbi  hissə komandirinin müvafiq   əmrləri  ilə  əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə fəxri  fərmanlarla, qiymətli  hədiyələrlə  mükafatlandırılıb,  ona  təşəkkür  elan  edilib və aşağıdakı medalarla təltif olunub:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;

2.”Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin  90 illiyi (1918-2018)” yubiley  medalı ilə; 

3.“Qusursuz xidmətə görə”  1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Qüsursuz  xidmətə görə”  2-ci dərəcəli  maedal ilə - Silahlı Qüvvələrdə  15 təqvim ili  xidmətə görə;

5.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə10 təqvim ili xidmətə görə. 

 DOĞUM  GÜNÜN   MÜBARƏK  NAMİQ !
HEC  VAXT  DƏRD  QƏM  GÖRMƏYƏSƏN!
  
HƏMİŞƏ  ÜZÜN  GÜLSÜN, ÜRƏYİN  SEVİNSİN!
BÜTÜN  ARZULARIN  CİN  OLSUN !
DAİMA  XOŞBƏXT  YAŞA, ÖMRÜN   UZUN  OLSUN !

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages