Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan- polkovnik- leytenat Murad Mürsəlovun sentyabr ayının 1-də dünya göz açdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzağ çıxan Murad Mürsəlovu Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları, əzizləri ,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Murad müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada olan polkovnik-leytenant Mürsəlov Murad Ağa oğlu 1948-ci ilin sentyabr ayının 1-də İsmayıllı rayonun Həftəsov kəndində zəhmətkeş bir ailədə anadan olub.
1965- ci ildə İsmayıllı rayonun Həftəsov kənd orta məktəbini, 1967-ci ildə Türkmənistan Respublikasının Krasnovod şəhərində Neft emalı texnikomunu,1977-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Oryol şəhərində yerləşən gizirlər məktəbini, 1982-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKCİ- nin 60 illiyi adına Leninqrad Ali hərbi məktəbini bitirmişdir.
1965-1967-ci ilıərdə SSRİ Silahlı Qüvvələrininn Ural vilayətinin Kurqan şəhərində yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1969- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis və Baki şəhərində yerləşən diviziyalarının Nizami, Qaradağ və Nərimanov rayonlarında yerləşən (konvoy) mühafızə alayında bölüyün baş cavuşu, taqım komandiri, böluk komandiri, mühafizə-konvoy taborunun qərargah rəisinin nəzarətci (kontralyor) xidməti üzrə müavini, mühafizə (konvoy) taborunun qərargah rəisi vəzifəsində olmuşdur.
1992 -2003-cü illərdə Murad Mürsəlov Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xacmaz rayonunun
Yalama qəsəbəsində və Gəncə şəhərində yerləşən hərbi hissələrində hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində baş zabit,Daxili Qoşunların Baş İdarəsinin Qərargahının əməliyyat və döyüş hazırlığı idarəsində isə döyüş hazırlığı şöbə rəisinin müavini vəzifələrində xidmət etmişdir.
polkovnik- leytenant Mürsəlov Murad Ağa oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, Daxili Qoşunların veteranlar şurası haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və bir çox veteranlar üçün nümunə olmuşdur.
Dərin zəkası,gözəl nitq qabiliyyəti,səmərəli fəaliyyəti,təşkilatçlıq bacarığı və səmərəli fəaliyyəti ilə seçilən, hörmətli veteranımız- istefada olan polkovnik- leytenant Murad Mürsəlov 36- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Murad Mürsəlov Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxldıqdan sonra 2023 ilin yanvar ayına kimi Azərbaycan Respubilkası Baş Prokurorluğunun atıclıq tirinin rəisi vəzifəsində calışmışdır.
Murad Mürsəlov Din-in Daxili Qoşunlarına, xidmət etdiyi idarəyə, şöbəyə , hərbi hissə və bölmələrə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,islah-əmək müəssisələrin,hərbi təchizat anbarların,xüsusi hərbi yüklərin və inzibatı binaların mühafizə edilməsində, cinayətgarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində patrul-post xidməti vastəsilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendat saatı) zamani hüquqi rejimin təmin edilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
polkovnik- leytenant Mürsəlov Murad Ağa oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət edərkən, Daxili Qoşunların Bas İdarəsində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir hazırlığı məşğələlərin, hərbi hissə komandiri və onların müavinləri ilə, hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlıq rəisləri ilə, böluk komandirləri ilə ilkin leytenant rütbəsi almış gənc zabitlərlə və hərbi hissələrin təlim və tədris mərkəzi (poliqon) rəisləri ilə təlim-metodiki toplanışların,xüsusi -taktiki təlimlərin və nümnəvi-göstərici məşğələlərin keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Murad müəllimin qələmələ aldığı “Ərənlər yurdu” kitabının müəllifidir.
Polkovnik leytenant Murad Mürsəlov 1999-2001-ci illərdə Silahlı Qüvvələr və Hüqüq mühafizə orqanlarınin ( MN, DİN,ƏN, MTN, XDMX və DSX) əməkdaları və hərbi qulluqçuları arasında kecirlən "Atıclıq " üzrə birincilik idman yarışlarında 12 (on iki) komanda arasında yüksək nəticələr göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin yığma komandasının qələbəsinə öz layıqli tövhəsini vermişdir.
Murad Mürsəlov 1998- 1999- cu illərdə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində baş zabit vəzifəsində olarkən, gənc əsgərlərin qəbulu,yerləşdirilməsi, sıraya daxil edilməsi və onların döyüş və ictimai sıyası hazırlığı ilə əlaqədar bir neçə dəfə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissədə gənc əsğərlərin hazırlığı üzrə toplanışın ümumi rəisi olduğu müddətdə üzərinə düşən vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir.
Polkovnik- leytenant Murad Mürsəlov Daxili Qoşunların Bas İdarəsindən ehtiyata buraxılandan sonra 2009-ci ildən- 2017-ci ilın son ayına kimi Daxili Qoşunların Veteranlar şurasının sədri olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü polkovnik-
leytenat Mürsəlov Murad Ağa oğlu öz xidməti,ictimai, vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərinə görə, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərini və onun müavinlərinin, Daxili Qoşunların Komandanlarının və onun müavinlərinin, hərbi təhsil aldığı məktəb rəislərinin,idarə və şöbə rəisinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,Daxili Qoşunların diviziya və hərbi hissə komdirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş, yubiley və idman dərəcəsi döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.”SSRİ Silahll Qüvvələrinin 60 iliyi (1918-1978)” yubiley medalı ilə;
3.”SSRi Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 iliyi (1991-2001)” illiyi medal ilə;
5.”Daxili İşlər Nazirliyinin Daxli Qoşunların Sankt-Peterburq (Leninqrad ) ali hərbi siyasi məktəbin yaranmasının 70 illiyi” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə”
2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
9.”Böyük Zəfər” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
MURAD MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN.
100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder